Bu gündən başlayaraq ali və orta ixtisas təhsil müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına başlanılır.
Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.
O qeyd edib ki, bununla bağlı təhsil naziri müvafiq əmr imzalayıb.
Bu əmrə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində imtahan qərargahları yaradılıb.
- İmtahan sessiyası distant formada olmaqla dörd həftə müddətində keçiriləcək;
- İmtahanın təşkilində nöqsanlara yol verən şəxslər barədə müvafiq qaydada tədbirlər görüləcək;
- Sessiya bitdikdən sonra nəticələr barədə 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat təqdim ediləcək.
Səhiyyə Nazirliyi koronavirusa (COVID-19) yoluxub sağalmış insanlara peyvənd vurulacağı ilə bağlı məsələyə münasibət bildirib.
Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.
Koronavirusla Mübarizəyə Dəstək Fondundan COVID-19-a qarşı vaksinin alınmasına xərclənən vəsaitin məbləği məlum olub.
Ölkə üzrə faktiki hava açıqlanıb.
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa 26 noyabr 2020-ci il tarixli dəyişikliyə əsasən, həmin Qanunun 46-cı maddəsində qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların idxalına qadağa nəzərdə tutulub.