Vətən müharibəsində şəhid olan qəhrəmanlardan biri də Daxili İşlər Nazirliyinin (DİN) çavuşu Fətəliyev Emil Mayis oğludur.
DİN-dən verilən məlumata görə, E.Fətəliyev 1992-ci lilin oktyabrın 30-u Qax rayonunun Qorağan kəndində dünyaya gəlib.
Vətən müharibəsində iştirak edən E.Fətəliyev oktyabrın 22-si Zəngilan istiqamətində gedən döyüşlərdə şəhid olub.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu Mirəşrəfbəyli Mirsəfa Mirbaba oğlu 11 oktyabr 2020-ci il tarixində Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub.
Əli Qəmbərov ailədə 3 qardaşdan yaşca ən kiçiyi idi. Arzusu elə orduda qalıb, hərbçi kimi xidmət göstərməkdən ibarət olub. Lakin 18 yaşında şəhidlik zirvəsinə ucalmaqla ali zirvəyə yüksəldi.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 18-dək dəfn edilən 2855 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 50 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.