Koronavirusa təkrar yoluxma ilə bağlı XƏBƏRDARLIQ

Koronavirusa təkrar yoluxma ilə bağlı XƏBƏRDARLIQ
02 Dek 2020 14:33


“Ötən ilin sonundan Çində ortaya çıxan yeni növ koronavirus bütün dünyada yayılaraq pandemiyaya çevrildi. Xəstəliyə qarşı mübarizə artıq bir-iki ölkənin deyil, bütün ölkələrin birgə mübarizə çərçivəsində baş verə bilər”. 

realpress.az-ın müxbirinin verdiyi məlumata görə, bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, virus yenidir və müalicəsi üçün lazım olan dərmanlar da azdır: 

“Hələlik COVID-19-a qarşı spesifik dərman preparatı yoxdur. Ən qısa zamanda dünyanın müxtəlif laboratoriyalarında vaksin hazırlıqlarına başlanıldı. Hazırda 11 vaksin üzrə işlər gedir, amma dövriyyəyə buraxılan vaksin yoxdur.

Vaksin olsa belə, onların effektivliyi də şübhə altındadır. Koronavirusa yoluxmuş şəxslərdə anticismlər dörd-beş ay olur və şəxs yenidən yoluxa bilər”. 

Direktor bildirib ki, koronavirusa yoluxmadan qorunmaq üçün insanlar gigyenik qaydalara riayət etməlidir.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.