ABŞ-da koronavirus Çindən əvvəl mövcud olub?

ABŞ-da koronavirus Çindən əvvəl mövcud olub?
02 Dek 2020 14:12


2019-cu ilin dekabr ayında ABŞ sakinlərindən toplanan qan nümunələrinin retrospektiv araşdırması zamanı məlum olub ki, Çində yeni virusun elan edilməsindən əvvəl də onların bəziləri COVID-19-a yoluxublar.

Məqalə “Clinical Infectious Diseases” jurnalında dərc edilib.

Çin rəsmiləri ilk dəfə 31 dekabr 2019-cu ildə Uhanda yeni koronavirusun səbəbi ilə ortaya çıxan sirli pnevmoniya barədə xəbər veriblər.

ABŞ-da təsdiqlənmiş ilk COVID-19 hadisəsi 20 yanvar 2020-ci ildə, Çindən gəlmiş Vaşinqton sakinində tapılıb.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) tədqiqatçıları 13 dekabr 2019-cu il, 17 yanvar 2020-ci illər arasında doqquz ştatda ABŞ Qırmızı Xaç tərəfindən toplanan 7000-dən çox qan hədiyyəsini təhlil ediblər.

Bunların arasında 106 nümunədə SARS-CoV-2 əleyhinə antikor aşkar olunub.

Mümkün yanlış müsbət testləri nəzərə alsaq da, dekabr ayının əvvəlinə qədər virusun artıq ABŞ-da olduğunu demək mümkündür.

“Nəticələr göstərir ki, COVID-19 ABŞ-a düşünüləndən daha əvvəl, 2019-cu ilin dekabrına qədər gəlmiş ola bilər”, - deyə məqalə müəllifləri yazırlar.

Virusoloqlar bildirirlər ki, qanda antikorların varlığı bir insanın həmin anda xəstələnməsi yox, əvvəllər virusla təmasda olduğu deməkdir.

Müəlliflər hesab edir ki, antikor daşıyıcıları bəlkə də həmin vaxt Çindən qayıdan insanlar olub. Çünki, virusun Çində 2019-cu ilin noyabr ayında yayıldığına dair dəlillər var.

Daha əvvəl Fransa və İtaliyada aparılmış retrospektiv tədqiqatlar nəticəsində bu ölkələrin sakinlərindən 2019-cu il dekabr ayının əvvəllərində toplanan qan nümunələrində SARS-CoV-2-yə qarşı antikorlar da tapılmışdı.

Alimlər qanında antikor olduğu görünən insanlarla əlaqə quraraq 2019-cu ilin sonunda səyahət edib-etmədikləri və ya həmin ölkələrdə COVID-19-a bənzər simptomlarla qarşılaşdıqları barədə məlumat almaq üçün işi onlarla davam etdirməyi planlaşdırırlar.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.

26 Apr 2024
Dünya

Afinada yüzlərlə bomba aşkarlanıb - FOTO

Yunanıstanın paytaxtı Afinada keçmiş “Ellinikon” hava limanının yerində aparılan işlər zamanı İkinci Dünya Müharibəsindən qalmış yüzlərlə bomba aşkar edilib.

25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.