28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu - FOTO

28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu - FOTO
27 Noy 2020 15:14


Bu gün 28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata əsasən, 10 rayonda - Göyçay, Daşkəsən, Gədəbəy, Saatlı, Kürdəmir, Quba, Salyan, Şəmkir, Qazax, Ağdaşda fərdi yaşayış evləri təqdim edilib.

Göyçay rayonunda evlərin təqdim edilməsi tədbirində nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova iştirak ediblər.

Qeyd edilib ki, dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onların artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib. İndiyədək isə nazirlik tərəfindən 8451 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.