Hindistanda COVID-19-a yoluxanların sayı 9 milyonu ötüb

Hindistanda COVID-19-a yoluxanların sayı 9 milyonu ötüb
20 Noy 2020 12:25

Ötən sutka Hindistanda COVID-19 infeksiyasına 45 min 882 yoluxma qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 9 milyonu ötüb. Hindistan koronavirusa yoluxma sayı 9 milyonu ötən ikinci ölkədir.

 Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün COVID-19 infeksiyası səbəbindən 584 ölüm qeydə alınıb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 132 min 162-yə çatıb.

Bildirilir ki, son günlər xüsusən paytaxt Dehlidə gündəlik yoluxma sayının sürətlə çoxalması səbəbindən şəhərdə karantin rejimi sərtləşdirilib. Bura karantin qaydalarının pozulmasına dair cərimələrin məbləğinin artırılması, qapalı məkanlara adam sayına məhdudiyyətin qoyulması da daxildir. Hökumət ölkədə virusla mübarizə tədbirləri çərçivəsində gündəlik aparılan testlərin sayını da artırmağa çalışır. Hazırda Hindistanda gündəlik orta hesabla bir milyon test həyata keçirilir.

Qeyd edək ki, Hindistan hazırda yoluxanların ümumi sayına görə ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə ABŞ və Braziliyanın ardından 3-cü sıradadır.


26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.