Prezident Ağdamın azad edilməsinin tarixi əhəmiyyətindən danışdı

Prezident Ağdamın azad edilməsinin tarixi əhəmiyyətindən danışdı
20 Noy 2020 12:23


“Dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, Ermənistanın mövqeyinə görə məsələ öz həllini tapmadı”.

realpress.az-ın məlumatına görə, bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

Onun sözlərinə görə, məsələnin hərbi yollarla həll edilməsi Azərbaycanın qanuni hüququdur:

“Bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır. Hər bir ölkə özünü müdafiə edə bilər. Biz də özümüzü müdafiə etmişik. Ağdam rayonunun işğaldan azad edilməsi tarixi hadisədir. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur”.

“İşğaldan əvvəl Ağdamda 143 min insan yaşayırdı. Hazırda 204 mindir. Rayonun 73 faizi işğal edilmişdi. Bizim nəzarətimizdə olan ərazilərdə böyük quruculuq işləri aparmışıq. Quzanlı kəndinə qəsəbə statusu verdik və rayonun mərkəzinə çevirdik.

Orada sosial obyektlər, infrastruktur, iş yerləri yaradıldı və digər infrastruktur qurulub. Bizim nəzarətimizdə olan hissədə 18 qaçqın şəhərciyi salınıb, 93 min qaçqını oraya yerləşdirə bildik.

Görülümüş işlər hesabına Ağdam rayonunun əhalisinin 45 faizi rayonun ərazisində yaşayır”, - deyə Prezident qeyd edib.


26 Apr 2024
Siyasət

Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gedib.

26 Apr 2024
Siyasət

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

26 Apr 2024
Siyasət

İlham Əliyev Füzulidən Berlinə getdi - FOTO/VİDEO

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.