Zəngilanlı Qarabağ qazisi: “Xəbəri alanda susduq, heç nə danışa bilmədik” - FOTO

Zəngilanlı Qarabağ qazisi: “Xəbəri alanda susduq, heç nə danışa bilmədik” - FOTO
21 Okt 2020 17:39


Ötən gün Azərbaycan ordusu Zəngilan rayonunun altı kəndini və Zəngilan şəhərini işğaldan azad edib.

Bununla bağlı xəbəri xalqımıza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çatdırıb.

Məsələ ilə bağlı Zəngilandan olan qazi Novruz Məmmədzadənin doğma yurdu ilə bağlı fikirlərini öyrəndik. 

Onun sözlərinə görə, Zəngilan rayonunun kəndlərindən bir qisminin və Zəngilan şəhərinin işğaldan azad olunması xəbərini eşidən zaman inanmayıb:

“Xəbəri mənə bacım verdi və inanmadım. 27 illik həsrətimiz var idi... Hər ikimiz susduq və heç nə danışa bilmədik. Şokdan ayılandan sonra özümə sual verdim ki, bu, həqiqətdirmi? Hər dəqiqəmiz, saniyəmiz Zəngilan olub. Mən 1974-cü ildə Zəngilan şəhərində doğulmuşam. Müharibə başlayanda hələ hərbi xidmətə getmək üçün yaşım tamam olmamışdı.


Amma dostlarımla yığışıb orduya güllə daşımaqda, səngər qazmaqda kömək etdik. Bir gün könüllü dəstələrə ehtiyac var idi. Zəngilanın şəhər və kəndlərində könüllü qruplar yaranırdı. Zəngilanın gəncləri ilə “Boz qurd” dəstəsi yaratdıq və hərbi xidmətə yollandıq. Azərbaycan milli ordusunun ilk əsgərləri olduq.

Döyüşlərimiz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Murovdağ istiqamətlərində olub. 1993-cü ilin oktyabrın 29-da mühasirəyə alındıq. Bir alay idik və bizim üzərimizə dörd alay hücum çəkdi. Bir həftədən çox Araz çayı istiqamətində, Qumlaq, Dərzili istiqamətində ağır döyüşlərimiz oldu. Cəbrayıl və Zəngilanın birləşdiyi yerdə şəhid olanlarımız çox idi. İnşallah, həmin yerdə xatirə abidəsi ucaldılar”.

O bildirib ki, Zəngilanda bayraq qaldırılan yerdə 144 nömrəli Texniki Peşə məktəbi olub:

“Otaqlarda sərbəst güləş üzrə idman zallarımız vardı. Müharibə başlayanda Qərbi Azərbaycandan qovulan insanlar üçün yataqxana kimi istifadəyə verildi”.

 


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.