Azərbaycanda vəhşi heyvan və quş növlərinin ovu dayandırıldı

Azərbaycanda vəhşi heyvan və quş növlərinin ovu dayandırıldı
21 Okt 2020 14:14


Ölkədə hərbi vəziyyətin elan edilməsi, koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin sərtləşdirilməsi nəzərə alınaraq vəhşi heyvan və quş növlərinin ovunun müvəqqəti dayandırılması məqsədilə Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının iclası keçirilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və ictimai birliklərin nümayəndələrinin təmsil olunduğu iclasda Şura üzvlərinin yekdil fikri ilə 20 oktyabr 2020-ci il tarixindən vəhşi heyvan və quş növlərinin ovunun müvəqqəti dayandırılması qərara alınıb.

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.