Füzulinin alınması ilə Ermənistana vurulmuş böyük zərbə - ŞƏRH

Füzulinin alınması ilə Ermənistana vurulmuş böyük zərbə - ŞƏRH
18 Okt 2020 11:17


Bu gün ölkə başçısı İlham Əliyev xalqa müraciətində Füzuli rayonunun yeddi kəndi və Füzuli şəhərinin azad olunduğunu açıqladı. Bu o an idi ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Gəncədə mülki əhaliyə atılan raketin “xoşbəxtliy”ini yaşayırdı.

Əslində Füzulinin bu gün alınmasının elan edilməsi erməni terrorçu qüvvələrinə vurulan ən böyük zərbə idi. Azərbaycan ordusu Füzulini hələ 15 gün əvvəl ala bilərdi, amma sonra onu ətrafdakı yüksəkliklərdən top atəşinə tutmaqdan qorumalı idi. Şəhər strateji Horadiz - Qırmızı Bazar yolunun keçdiyi Qarabağ düzənliyini Qarabağ düzü ilə birləşdirən bir dərədə yerləşir. Lakin Azərbaycan Silahlı Qüvvələri fərqli hərəkət etdi: Cəbrayıl və Hadrut vasitəsi ilə Xocavənd tərəfdən dağlarda və yüksəkliklərdə Füzulini əhatəyə aldılar. İndi yalnız ordumuz Füzulini almağı deyil, həm də Qırmızı Bazara (Xocavəndin qəsəbəsi) strateji magistral yolu açmağı bacardı. Bu isə Qarabağ yaylası, Ağdam və Əsgəranın arxa tərəfi, Şuşa-Xankəndi-Laçın yoluna bir açar rolunu oynayır. Əslində Füzulinin ələ keçirilməsi yaxın günlərdə işğalçı Ermənistan ordusunu gözləyən bir fiaskonun xəbərçisidir.

Bu, məsələnin hərbi tərəfi. Məsələnin digər tərəflərində də Paşinyan artıq məğlubiyyətə məhkumdur. Ardıcıl məğlubiyyətlər nəticəsində kifayət qədər erməni əsgərləri həlak olub. Ermənistanın Müdafiə Nazirliyi isə indiyədək yalnız 633 erməni hərbçisinin öldürüldüyünü açıqlayıb. Təbii ki, bu say gizlədilir. Ermənistanda analar isə öz övladlarının adlarını hər gün açıqlanan siyahıda axtarır. Dünən Naxçıvan Dövlət Təhlükəsizlik Xidməti erməni əsgər analarının və müvafiq qurumların məktublarını yaydı. Məlum oldu ki, Ermənistanda ölənlərin gizlədilməsinə və bununla da guya daxildə mənəvi psixoloji ruhun qırılmamasına çalışılır. Amma daxildə artıq Paşinya hakimiyyətinin hər cəbhədə məğlubiyyətə düçar olması başa düşülür və itkilərin sayını gizlətmək mümkün deyil.

Cəbhədə ardıcıl məğlubiyyət iqtisadi durumun ağır olduğu və əhalinin ciddi sosial problemlər yaşadığı Ermənistanda siyasi böhranı daha da dərinləşdirir. Ölkə daxilində Paşinyanın həyata keçirdiyi siyasətə etirazlar artır, əks qüvvələr revanş götürmək üçün hərəkətə keçirlər. Artıq Ermənistanda 13 siyasi partiyanın Paşinyan əleyhinə bəyanat yayması məsələnin ciddiliyindən xəbər verir. Bu üzdən Paşinyan müxtəlif vasitələrlə, ayrı-ayrı vasitəçilərin imkanlarından istifadə etməklə Azərbaycan Prezidenti İlham Əliyevlə təmas qurmağa çalışır.

“Qarabağ Ermənistandır” dediyi kəlməyə görə az qala üzr istəmək durumuna düşmüş baş nazir artıq münaqişənin mümkün qədər tez dayandırılması ilə özünə sığınacaq tapmağa, mümkün qədər ölkə daxilindəki narazılıqları azaltmağa çalışır. Ancaq artıq ox yaydan çıxıb və bundan sonra bütün şərtlər prezident İlham Əliyevin də dediyi kimi, bizim diqtəmizlə qoyulmalıdır. Biz tezliklə bunu görəcəyik!


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.