ABŞ Bağdadda səfirliyini bağlaya bilər

ABŞ Bağdadda səfirliyini bağlaya bilər
28 Sent 2020 15:36


ABŞ Prezidenti Donald Trampın administrasiyası İraq rəhbərliyinə ölkədəki səfirliyini bağlamağa hazır olduğu barədə xəbərdarlıq edib.

“Wall Street Journal” xəbər verir ki, İraq raket hücumlarının dayandırılmasını təmin etməsə, ABŞ bu addımı atacaq.

Bildirilir ki, ABŞ dövlət katibi Mayk Pompeo bundan əvvəl İraq Prezidenti Bəhram Saleh və Baş nazir Mustafa al-Kazimi ilə telefon danışığı zamanı bu barədə xəbərdarlıq edib.

Dövlət Departamentinin sözçüsü Pompeo bununla bağlı şərh verməkdən imtina etsə də, bildirib ki, ABŞ İran tərəfindən dəstəklənən silahlıların səfirliyə hücum edəcəyi ilə bağlı narahatdır.

Xatırladaq ki, avqustun 30-da iki “Katyusha” raketi Bağdad hava limanının yaxınlığına düşüb.

26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.