Prezident: “Ermənilər bizim məscidlərimizdə inək, donuz saxlayır”

Prezident: “Ermənilər bizim məscidlərimizdə inək, donuz saxlayır”
27 Sent 2020 15:06


“Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz məskunlaşma işləri aparır. Bu hərbi cinayətdir və Cenevrə konvensiyasına tamamilə ziddir”.

realpress.az-ın müxbiri xəbər verir ki, bunu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində deyib.

Prezident İlham Əliyev bildirib ki, Ermənistan bu addımlarına görə mütləq cavab verəcək:

“Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz məskunlaşma aparmaq bizə qarşı növbəti təxribatdır. Ermənistan tərəfinin təxribat xarakterli bu siyasəti artıq uzun illərdir ki aparılır. Qeyd edim ki, Ermənistanda mövcud olan ağır iqtisadi-siyasi və sosial vəziyyətə görə, ölkə əhalisi azalır. Ermənistanda demoqrafik böhran yaşanır və insan resursları azalır. Ona görə də işğal olunmuş ərazilərdə öz adamlarını yerləşdirmək üçün xaricdə yaşayan ermənilərə ümid edirlər. Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailə Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirilib. Bu siyasət davam etdirilir”. 

Prezident qeyd edib ki, bizdə olan dəqiq məlumata görə, Azərbaycanın bəzi işğal edilmiş ərazilərinin adları dəyişdirilir.

“İşğal altında olan bəzi rayonlarımızın, kəndlərimizin adlarının dəyişdirilməsi, azərbaycanlıların tarixi irsinin, abidələrinin dağıdılmasına dair məlumatlar var. Bizim məscidlərimiz dağıdılır, təhqir edilir. Ermənilər bizim məscidlərimizdə inək, donuz saxlayır. Bu, bütün müsəlman aləminə böyük təhqirdir. Bizim əcdadlarımızın qəbirləri traktorlarla dağıdılır. Bunu edən vandallardır, faşistlərdir, vəhşilərdir”, - deyə Prezident bildirib.

Ölkə başçısı işğal olunmuş torpaqlarda keçirilən hərbi təlimlərin də növbəti təxribat olduğunu diqqətə çatdırıb:

“Bu Ermənistanın daha bir təxribatdır. Bunun bir məqsədi var. Azərbaycana hücum etmək, mülki əhalini atəşə tutmaq və yeni torpaqları işğal etməkdir. Bütün bu sadaladığım faktlar bir daha onu göstərir ki, regionda təhlükə mənbəyi Ermənistandır və onun çirkli siyasətidir. Azərbaycan heç bir təxribata əl atmayıb. Azərbaycan sadəcə öz maraqlarını müdafiə edir, öz mövqelərini dəstəkləyir və öz siyasətini alnıaçıq şəkildə davam etdirir. Biz dəfələrlə Dağlıq Qarabağın tarixi, əzəli və əbədi Azərbaycan torpağı olduğunu bəyan etmişik. Bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət Azərbaycanın tərəfindədir. Çünki bu bizim doğma dədə-baba torpağımızdır. Beynəlxalq hüquq, bütün beynəlxalq təşkilatlar, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bizim tərəfimizdədir”. 


26 Apr 2024
Siyasət

Prezident: “Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir”

“Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq”.

26 Apr 2024
Siyasət

Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”

“Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”

“Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək”.

26 Apr 2024
Siyasət

Prezident: “Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”

“Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”.