Türkiyə XİN-dən cəbhədəki vəziyyətlə bağlı BƏYANAT: “Azərbaycana dəstəyimiz tamdır”

Türkiyə XİN-dən cəbhədəki vəziyyətlə bağlı BƏYANAT: “Azərbaycana dəstəyimiz tamdır”
27 Sent 2020 12:57


Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Katibi Hami Aksoy Ermənistanın Azərbaycana qarşı bu gün səhər saatlarından başlanan təxribatçı hücumuna dair suala cavab olaraq açıqlama verib.

“Ermənistan Silahlı Qüvvələrinin bu səhər atəşkəsi pozaraq, Azərbaycan ordusu və Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini intensiv atəşə tutmasını öyrəndik.

Beynəlxalq hüququ açıq şəkildə pozan və mülki insan tələfatına səbəb olan erməni hücumunu qətiyyətlə pisləyirik. Bu hücumlarla Ermənistan bölgədəki sülh və sabitliyə ən böyük maneə olduğunu bir daha nümayiş etdirdi.

Əlbəttə ki, Azərbaycan xalqını və ərazi bütövlüyünü qorumaq üçün özünümüdafiə hüququndan istifadə edəcək. Bu müddətdə Türkiyənin tək bir ürək olaraq Azərbaycana dəstəyi tamdır. Azərbaycan necə istəsə, o cür yanında olacağıq.

Beynəlxalq ictimaiyyəti də haqlı olanın yanında olmağa dəvət edirik.

Bu münasibətlə şəhid azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara təcili şəfa və Can Azərbaycana başsağlığı diləyirik”, - deyə açıqlamada qeyd edilir.

16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.