Federasiyada mərhum prezidentin yerinə rəhbər seçildi

Federasiyada mərhum prezidentin yerinə rəhbər seçildi
26 Sent 2020 16:26


Azərbaycan Əlillər Futbolu Federasiyasının (AƏFF) onlayn formatda Konfransı keçirilib.Konfransda Sahə Futbol Federasiyaları İctimai Birliyinin (SFFİB) prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Əlillər Futbolu Federasiyasının icraçı direktoru, eşitməqüsurlu futbolçulardan ibarət milli komandanın baş məşqçisi Elşad İbrahimli və digər rəsmi şəxslər iştirak edib.

Konfransı giriş sözü ilə SFFİB-nin prezidenti Mahir Məmmədov açıb. Əvvəlcə iyunun 7-də dünyasını dəyişmiş Əlillər Futbolu Federasiyasının sabiq prezidenti mərhum Şaiq Həmidovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra federasiyanın icraçı direktoru ötən müddət ərzində görülmüş işlər barədə hesabat xarakterli çıxış edib.

Konfransda Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. Elşad İbrahimli federasiyanın prezidenti seçilib.

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.