Cüdoçularımıza bəd xəbər: Tokioya gedə bilməyəcəklər

Cüdoçularımıza bəd xəbər: Tokioya gedə bilməyəcəklər
23 Sent 2020 11:30


Dekabrda Yaponiyanın paytaxtı Tokioda keçirilməsi nəzərdə tutulmuş cüdo üzrə Böyük Dəbilqə turniri ləğv edilib.

Beynəlxalq Cüdo Federasiyasının saytı xəbər verir ki, buna səbəb gələn il Tokioda Olimpiya Oyunlarının keçirilməsidir.

Olimpiadaya qədər Yaponiyada tədbirlərin sayının azaldılması koronavirus təhlükəsinin mümkün qədər aradan qalxmasına hesablanıb.

Həmçinin 2021-ci ilin əvvəllərindən milli çempionatların olacağı nəzərə alınaraq, bu yarış ləğv olunub. Ancaq dekabrda həmin tarixə Xorvatiyanın paytaxtı Zaqrebdə Qran Prinin salınması planlaşdırılır. Bu yarış əvvəl 30 oktyabr – 1 noyabr tarixlərinə salınmışdı.

Həmçinin 23-25 oktyabrda Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi planlaşdırılan Böyük Dəbilqə turniri və digərləri (Daşkənd Qran Prisi, Braziliya və Əbu Dabi Böyük Dəbilqə turnirləri – S.M.) ləğv edilməyib. Bununla belə, həmin yarış barədə yekun qərar oktyabrın əvvəllərində Macarıstan hökumətinin qərarı əsasında veriləcək.

11-13 yanvar tarixlərində isə Qətərin paytaxtı Dohada Dünya Cüdo Masters turnirin keçirilməsi isə təsdiqlənib.

Qeyd edək ki, Tokiodakı Böyük Dəbilqə turniri 11-13 dekabrda keçirilməli idi. Həmin yarış Tokio Olimpiadasına reytinq xalları qazandıracaqdı.


26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.