Bu gün UEFA Avropa Liqasında “Qarabağ”ın pley-off mərhələsində qarşılaşa biləcək potensial rəqibləri müəyyənləşəcək.
Belə ki, Bakı vaxtı ilə saat 16:00-da Avroliqanın pley-off mərhələsinin püşkatması keçiriləcək.
“Qarabağ” Çempionlar Liqasından bu turnirə gəldiyi üçün səbətdə Çempionlar yolunun püşkünü gözləyəcək. Komandamızın potensial rəqibləri də Çempionlar Liqasının I və II təsnifat mərhələlərində uduzmuş öz ölkələrinin çempionları olacaq. Ağdam klubu səpələnmişlər səbətində yer alacaq və nisbətən zəif rəqiblərlə düşəcək.
“Ararat-Armeniya” (Ermənistan) – “Selye” (Sloveniya) cütü “Qarabağ”a püşkatma zamanı düşməyəcək. Səbəb Azərbaycan və Ermənistan təmsilçiləri arasında oyuna UEFA tərəfindən icazə verilməməsidir.
Qeyd edək ki, Avroliqanın III təsnifat mərhələsi sentyabrın 24-də və pley-off oktyabrın 1-də keçiriləcək.
“Qarabağ”ın səpələnməmişlər səbətindəki potensial rəqibləri
“Sarayevo” (Bosniya və Herseqovina) – “Buduçnost” (Monteneqro) cütünün qalibi
“Şerif” (Moldova) – “Dandalk” (İrlandiya) cütünün qalibi
“Riqa” (Latviya)/“Tre Fiori” (San Marino) – “Seltik” (Şotlandiya) cütünün qalibi
“Kuopio” (Finlandiya) – “Suduva” (Litva) cütünün qalibi
“Leqiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi
“Klasksvik” (Farer adaları) – “Dinamo” (Gürcüstan) cütünün qalibi
“Yurqorden” (İsveç) – ÇFR (Rumıniya) cütünün qalibi
“Floriana” (Malta) – “Flora” (Estoniya) cütünün qalibi
“Lüdoqorets” (Bolqarıstan)
“Tirana” (Albaniya)
Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.
Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.