Gəncədə Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO

Gəncədə Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
16 Sent 2020 09:46


Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Gəncə şəhərində təntənəli mərasim keçirilib.

Tədbirdə Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov, Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Respublikasının Gəncə şəhərindəki baş konsulu Zeki Öztürk, şəhər sakinləri və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri ifa olunub.

Mərasimdə çıxış edənlər şəhidlərə ehtiramlarını bildirib və xalqlarımızın sarsılmaz birliyindən iftixarla danışaraq 102 il öncə Azərbaycan və türk əsgərlərinin Bakını işğaldan azad edərək Azərbaycan tarixinə şanlı səhifə yazdığından söhbət açıblar. 

Tədbirdə vurğulanıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra dinamik inkişaf mərhələsi keçərək güclü və qüdrətli dövlətə çevrilib. Azərbaycan-Türkiyə qardaşlığı bu gün də ən yüksək səviyyədədir və bu dostluq, qardaşlıq sarsılmazdır, əbədidir. Biz bu günkü xoşbəxt, firavan həyat üçün həyatlarını Vətən, xalq yolunda qurban verən qəhrəman şəhidlərimizə borcluyuq. Böyük Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır”, ulu öndər Heydər Əliyevin isə “Biz bir millət, iki dövlətik” kəlamları bizim dostluğumuzun, qardaşlığımızın mənasını, məzmununu təşkil edir. Bu münasibətlər Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən bu gün də inamla, uğurla davam etdirilir.

Təntənəli mərasim Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin təqdim etdiyi konsert proqramı ilə başa çatıb.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.