Əhalinin aylıq əsas gəlir yerləri - SİYAHI + CƏDVƏL

Əhalinin aylıq əsas gəlir yerləri - SİYAHI + CƏDVƏL
13 Avq 2020 12:35


Azərbaycanda 2019-cu ildə adambaşına düşən aylıq gəlir artıb.

realpress.az rəsmi statistik rəqəmlərə istinadən xəbər verir ki, ölkə üzrə 2018-ci ildə adambaşına düşən aylıq gəlir 276, 2019-cu ildə isə 292,6 manat təşkil edib.

Ötən il özünüməşğulluqdan adambaşına düşən aylıq gəlir üstünlük təşkil edir – 107,1 manat.

Muzdlu işlə əlaqədar adambaşına düşən aylıq gəlirin həcmi isə 99,3 manatdır.

Alınmış cari transfertlərdən adambaşına düşən aylıq gəlirlər üçüncü yerdə qərarlaşır (49,3 manat).

Adambaşına düşən aylıq gəlirlərdə pensiyaların da xüsusi çəkisi var. Belə ki, pensiyalardan adambaşına aylıq gəlir 41,4 manat təşkil edib.



26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.