Baş nazirdən magistratura və rezidentura ilə bağlı QƏRAR

Baş nazirdən magistratura və rezidentura ilə bağlı QƏRAR
08 Avq 2020 19:36


Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada həkimmütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədənb düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarında dəyişiklik edilib.

realpress.az xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilib:

1. “1. Təhsil ixtisasları qrupu” bölməsinin “060119 Pedaqogika” ixtisasına “- Təhsildə qiymətləndirmə və monitorinq” sətrindən sonra “- Təlim və tədrisin təşkili və metodikası” sətri əlavə edilsin.

2. “2. Humanitar və sosial ixtisaslar qrupu” bölməsinin “060212 Hüquqşünaslıq” ixtisasına “- Turizm hüququ” sətrindən sonra “- Beynəlxalq iqtisadi hüquq” sətri əlavə edilsin.

3. “3. Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsinin “060308 Xoreoqrafiya sənəti” ixtisasına “- Rəqs sənəti üzrə müəllimtədqiqatçı” sətrindən sonra “- Xoreoqrafiya sənəti (sahələr üzrə)” sətri əlavə edilsin.

4. “5. Təbiət ixtisasları qrupu” bölməsinin “060509 Kompüter elmləri” ixtisasına “- Rəqəmsal hökumət” sətrindən sonra “- Verilənlərin təhlili (Data analitikası)” və “- Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı” sətirləri əlavə edilsin.

5. “6. Texniki və texnoloji ixtisaslar qrupu” bölməsinin “060623 Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi” ixtisasına “- Şəhər nəqliyyat şəbəkəsi və nəqliyyat xidmətinin təşkili” sətrindən sonra “- Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi” sətri əlavə edilsin.

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.