Bəzi şəxslərə əməkhaqqı fondunun bir aylıq məbləğində dəstək göstəriləcək - RƏSMİ

Bəzi şəxslərə əməkhaqqı fondunun bir aylıq məbləğində dəstək göstəriləcək - RƏSMİ
08 Avq 2020 18:50


“Maliyyə dəstəyi paketi vergi ödəyicilərinə şamil olunur. Bu şəxslərə onların əməkhaqqı fondunun bir aylıq məbləğində dəstək göstəriləcək”.

realpress.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf bildirib.

Onun sözlərinə görə, 250 manat yardım isə fərdi mikrosahibkarlara aiddir:

“215 min işçisi olan 29 mindən çox sahibkara 98 milyon manat məbləğində ödəniş edilib. Eyni zamanda, 107 minə yaxın fərdi mikrosahibkar müraciət edib, onlara 63,6 milyon manat vəsait ödənilib.

İkinci mərhələdə eyni sahibkarlara dəstəyin göstərilməsi nəzərdə tutulub. Həmçinin, avqustun 10-dək vaxt verilmişdi ki, dəstəyə ehtiyacı olanlar və yardım almayanlar da müraciət etsinlər. Bəzi hallarda vergi ödəyicilərinin qeydiyyat kodunda, fəaliyyət sahəsində problem olduğunu görürük.

Onların faktiki fəaliyyəti ilə uçotda göstərdikləri fəaliyyət sahələri üst-üstə düşmür. Onlar bu məlumatları yoxlasınlar. Səhvlər varsa, düzəltsinlər, çünki alacaqları yardım bundan asılıdır”.

Nazir müavini əlavə edib ki, pandemiya dövründə bir sıra xarici investorlarla müzakirə aparılıb:

“Azərbaycana investisiya yatırmaqda maraqlı olan böyük xarici şirkətlər var. Müəyyən gediş-gəlişlə bağlı problemlərə görə layihələrin icra sürəti ləngiyir.

Azərbaycanın iqtisadiyyatının post-pandemiya dövründə inkişafında özəl sektorun rolunu görürük. Xarici investorların fəal şəkildə cəlb olunmasına çalışacağıq”.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.