Ukrayna Xarici İşlər nazirinin müavini ermənipərəst deputatın ona qarşı bəyanatlarını “absurd teatrı” adlandır

Ukrayna Xarici İşlər nazirinin müavini ermənipərəst deputatın ona qarşı bəyanatlarını “absurd teatrı” adlandır
08 Avq 2020 15:09


Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnar “Xalqın xidmətçisi” Partiyasının deputatı Darya Volodinanın Türkiyədə 1915-ci il “erməni soyqırımı”nın tanınmaması mövzusunda ölkənin rəsmi mövqeyinin izah olunduğu məktubla bağlı fikirlərini “absurd teatrı” adlandırıb.

“İnterfaks”ın məlumatına görə, bu sözləri V.Bodnar “Facebook” hesabında Dövlət Təhqiqat Bürosu tərəfindən başladılmış icraatı şərh edərkən yazıb.

“Absurd teatrı, üç pərdəli pyes. Ukraynanın Xalq Deputatı ölkənin xarici siyasət mövqeyinə görə Xarici İşlər Nazirinin müavinini məsuliyyətə cəlb etmək istəyir!”, - deyə V.Bodnar bildirib.

Bodnar öz fəaliyyətində Ukraynanın milli maraqlarını və mövqelərini müdafiə etdiyini və mövcud qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində hərəkət etdiyini qeyd edib.

“Məktubda mənim şəxsi mövqeyim deyil, Ukraynanın rəsmi mövqeyi əks olunub. Heç kimin milli hisslərini təhqir etmək fikrində deyildim. Fəaliyyətimin peşəkarlığına və səmərəliliyinə birbaşa rəhbərim - Xarici İşlər Naziri, eləcə də zərurət olduqda dövlət və hökumət rəhbərliyi qiymət verir”, - deyə Bodnar vurğulayıb.

O, həmçinin şərəfini, ləyaqətini və adını bütün qanuni yollarla qorumağa hazır olduğunu da söyləyib.

Ukraynanın xalq deputatı Darya Volodina Dövlət Təhqiqat Bürosuna ərizə ilə müraciət edib. O, cümə axşamı “Teleqram” kanalında Bodnara qarşı Ukrayna Cinayət Məcəlləsinin 367-ci maddəsi (vəzifə səhlənkarlığı) ilə cinayət işi açıldığını bildirib.

Xatırladaq ki, bir qədər əvvəl D.Volodina “Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı birtərəfli bəyanatların peşəkar səriştəsizliyin göstəricisi olduğunu” bildirmiş və V.Bodnarı intizam məsuliyyətinə cəlb etməyə, həmçinin yazdığı məktubun geri çağırılmasına çağırış etmişdi.

Söhbət V.Bodnarın Osmanlı İmperiyasındakı faciəvi hadisələrin 105 illiyi kontekstində 2020-ci ilin aprelində dövlət orqanlarına göndərdiyi məktubdan gedir. Məktubda Ukraynanın rəsmi şəkildə Osmanlı İmperiyasında 1915-ci ilin yazından 1916-cı ilin payızına qədər xristian, etnik erməni əhalinin məhv edilməsini erməni xalqının soyqırımı kimi tanımadığı göstərilir və Ermənistanın da həmçinin 1932-1933-cü illər “Qolodomor”unu soyqırım kimi tanımadığı vurğulanır.

26 Apr 2024
Siyasət

Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gedib.

26 Apr 2024
Siyasət

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

26 Apr 2024
Siyasət

İlham Əliyev Füzulidən Berlinə getdi - FOTO/VİDEO

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.

26 Apr 2024
Siyasət

Azərbaycan və Qazaxıstan birgə hərbi təlimlər keçirəcəklər - FOTO/VİDEO

Aprelin 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikasının müdafiə nazirinin birinci müavini - Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.