Kartof yığımı ötən ilə nisbətən artıb - VİDEO

Kartof yığımı ötən ilə nisbətən artıb - VİDEO
06 Avq 2020 13:49


Tovuz rayonunda kartof məhsullarının yığımına başlanılıb. Bu il fermerlər sahələrdən bol məhsul götürə biləcəklərini bildirirlər.

koronavirus pandemiyası kənd təsərrüfatının bu sektoruna müəyyən dərəcədə mənfi təsir etsə də, hazırki satış qiymətləri fermerləri qanə edir.

Yığılan məhsullar yerində alınaraq bazara çıxarılır. Məhsullar daha çox Bakı və Gəncə şəhərlərində, eyni zamanda, digər iri şəhərlərin bazarlarında satılır.

Rəsmi rəqəmələrə görə, 2020-ci il üçün Tovuz rayonunda 6 748 hektardan artıq ərazidə kartof əkilib. Bu rəqəm ötən illə müqayisədə təxminən 200 hektar çoxdur.

Bu günə kimi dörd min hektrdan çox ərazidə kartof yığımı başa çatıb. İlkin hesablamara görə, rayon üzrə hər hektardan orta hesabla 25 tona yaxın məhsul gözlənilir. Məhsuldarlıq bol olan sahələr isə müasir suvarma sistemləri ilə təmin edilən ərazilərdir.

Hazırda ölkə üzrə kartof yığımı ancaq Qərb bölgəsinin Şəmkir, Tovuz və Ağstafa rayonlarının ərazilərində həyata keçirilir. Təxminən bir ay sonra ölkənin dağlıq rayonları olan Gədəbəy, Qəbələ, İsmayıllı və Qusarda məhsul yığımı başlayacaq.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.