Qoşunlarda yay tədris dövrü başlayıb - FOTO

Qoşunlarda yay tədris dövrü başlayıb - FOTO
05 Avq 2020 14:15


2020-ci il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yay tədris dövrü başlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bütün hərbi hissələrdə keçirilən tədbirlərdə tədris dövrü üçün əsas məqsədlər və vəzifələr, eləcə də, onların icra qaydaları diqqətə çatdırılıb.

Ordumuzda tədris prosesi Ali Baş Komandanın tələblərinə, Müdafiə nazirinin əmr və sərəncamlarına müvafiq olaraq, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə quruda, dənizdə, havada real təhdid və risklərin nəzərə alınması ilə təşkil edilərək keçiriləcək.

Yay tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazasının vəziyyəti yoxlanılıb.

Tədris dövrünün ilk günü bütün hərbi hissələrdə yüksək effektivlik və keyfiyyəti ilə fərqlənən döyüş hazırlığı məşğələləri başlayıb.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.