Bakı sakinlərinə xəbərdarlığın səbəbi bilindi: DİN də cəlb edildi - VİDEO

Bakı sakinlərinə xəbərdarlığın səbəbi bilindi: DİN də cəlb edildi - VİDEO
01 Avq 2020 15:35


Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronavirus epidemiyasına qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilir.

İcra Hakimiyyətindən verilən məlumata görə, bu tədbirlər çərçivəsində avqustun 1-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti - doqquzuncu əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.

Gün ərzində mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsilə xəbərdar edilib.

Hər dəfə olduğu kimi, bu dəfə də Daxili İşlər Nazirliyinin şəxsi heyəti 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə gün ərzində keçirilən bu dezinfeksiya işlərində yaxından iştirak edir.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinələrində, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdirirlər.

Dezinfeksiya işlərinin kütləviliyi nəzərə alınaraq, kommunal xidmətlərin işçiləri lazımi qoruyucu geyim, maska, eynək və digər vasitələr, yeni dezinfeksiyaedici aparatlarla təmin olunublar.

Bildirilir ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Bu istiqamətdə hər cür tədbirlər görülür.


9 Avq 2020
Cəmiyyət

DİM abituriyentlərə müraciət etdi

Avqustun 14-də I və IV ixtisas qrupları üzrə sənəd verən abituriyentlər üçün Bakı, Gəncə və ya Naxçıvan şəhərlərində ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili imtahanları) keçiriləcək.

9 Avq 2020
Cəmiyyət

Bakıda beş əlavə ekspress xətt istifadəyə veriləcək

Avqustun 10-dan mərhələ ilə 80-ə yaxın avtobus cəlb olunmaqla beş əlavə ekspress xətt də istifadəyə veriləcək. 

9 Avq 2020
Cəmiyyət

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub.

9 Avq 2020
Cəmiyyət

XİN-dən erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi haqqında məlumatlarla bağlı AÇIQLAMA

“Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf ərazilərimizdəki qeyri-qanuni fəaliyyəti, o cümlədən qanunsuz məskunlaşdırma siyasəti tərəfimizdən beynəlxalq təşkilatlar çərçivəsində qaldırılır”.