Deputat Prezidentin Şəki səfərini şərh etdi

Deputat Prezidentin Şəki səfərini şərh etdi
01 Avq 2020 15:18


“Cənab Prezident İlham Əliyevin Şəkiyə səfəri, həmişə olduğu kimi, bu dəfə də şəkililərin sevincinə səbəb oldu. Dövlət başçısı Şəkidə həm yol infrastrukturunun açılışında, həm də koronavirus xəstələri üçün modul tipli xəstəxananın açılışında iştirak etdi”.

Bunu realpress.az-a açıqlamasında 113 saylı Şəki Şəhər Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Vüqar İskəndərov deyib.

O, Prezidentin Şəkidə 10-cu dəfə səfərdə olduğunu xatırladıb.

“Ölkə başçısı dedi ki, Şəkiyə səfərləri çərçivəsində onlarla obyektin açlışında, təməlqoyma mərasimində və sair tədbirlərdə iştirak edib. Cənab Prezidentin açılışını etdiyi obyektlər bu gün Şəki əhalisinə çox uğurla xidmət edir”, - deyə V.İskəndərov əlavə edib.

Millət vəkili söyləyib ki, Prezident çıxışında Azərbaycanın koronavirus pandemiyasına qarşı uğurlu mübarizəsindən danışıb.

V.İskəndərov qeyd edib ki, Azərbaycan koronavirus pandemiyasına qarşı uğurlu mübarizə aparan öncül ölkələrdən biridir.

Parlamentarinin fikrincə, dünya tibbi pandemiyaya hazır deyildi.

“Biz inkişaf etmiş ölkələrdə koronavirusla bağlı hansı proseslərin getdiyinin şahidi olduq. Həmin ölkələrdə koronavirus xəstələrinin sayının necə artmasını və ölüm hallarının çox olduğunu gördük.

Azərbaycanda isə vaxtında preventiv işlər görüldüyü üçün ağır fəsadlardan kənarda qaldıq. Biz bugünkü dinamikanı da görürük və inkişaf etmiş ölkələrlə müqayisədə hansı səviyyədə olduğumuz aydındır”.

Deputatın sözlərinə görə, Azərbaycanda koronavirusla mübarizə çərçivəsində vaxtında görülmüş işlərdən ən böyüyü qısa müddət ərzində modul tipli xəstəxanaların tikintisidir.

Dövlət başçısı iyulun 29-da Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın istifadəyə verilməsi mərasimində deyib ki, qısa müddət ərzində 10 xəstəxana qurulmalı idi. Artıq doqquzu hazır vəziyyətdədir:

“Onuncu xəstəxana isə yəqin ki, avqust ayında istifadəyə veriləcək. Beləliklə, bu proqram tam icra edilir. Bu günə qədər beş xəstəxana açılıb və 10 xəstəxananın fəaliyyəti nəticəsində bizim əlavə iki min çarpayılıq xəstəxanalarımız olacaq”.

Millət vəkili V.İskəndərov xatırladıb ki, Prezident pandemiya ilə mübarizə sahəsində ölkəmizdə tibbi maskaların, dezinfeksiya vasitələrinin, həkimlər üçün kombinezonların istehsalına başlandığını da deyib.

“Bu bir çox ölkələrlə müqayisədə daha effektiv addım atmağımıza bariz nümunədir. Əbəs yerə deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunəvi ölkə kimi qiymətləndirib”, - deyə V.İskəndərov əlavə edib.

Parlamentari qeyd edib ki, Prezident səfəri çərçivəsində Şəki ilə bağlı gələcəyə istiqamətlənmiş dəyərli və vacib planların olduğunu söyləyib.

Aqşin Kərimov

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.

26 Apr 2024
Siyasət

Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat konfransı başa çatıb.