XİN: “Azərbaycan fundamental prinsiplərin müdafiəsində ATƏT-in dəstəyinə və həmrəyliyinə arxalanır”

XİN: “Azərbaycan fundamental prinsiplərin müdafiəsində ATƏT-in dəstəyinə və həmrəyliyinə arxalanır”
31 İyul 2020 10:49


Azərbaycan Xarici İşlər Nazirliyi Helsinki Yekun Aktının imzalanmasının 45-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. 

realpress.az-ın məlumatına görə, bəyanatda deyilir: 

“1 avqust Helsinki Yekun Aktının imzalanmasının 45-ci ildönümü günüdür. 45 ildən sonra Akt və orada təsbit olunmuş dövlətlərarası münasibətləri idarə edən on prinsip qaydalara əsaslanan Avropa nizamının təməli olaraq qalmaqdadır. Onlar heç bir şəkildə yenidən müzakirə, baxılma və ya şərh edilmə mövzusu ola bilməzlər.

Dövlətlərin bir-birlərinə və onların vətəndaşlarına münasibətini tənzimləyən on prinsip, gərginliyin azalmasında əvəzsiz rol oynadı və bütün dövlətlərin bir-birlərinin suverenliyinə, xüsusilə də hər bir dövlətin hüquqi bərabərlik, ərazi bütövlüyü, azadlıq və siyasi müstəqillik hüququna hörmət etməli olduğu ATƏT məkanında əməkdaşlıq və bölünməz bir təhlükəsizlik üçün zəmin yaratdı.

Yekun Akt ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış səhədlərə qarşı təhdid və ya gücdən istifadə edilməməsini dövlətlərarası münasibətlərin əsası kimi müəyyən edir.

Akt ərazi bütövlüyü, dövlətlərin sərhədlərinin toxunulmazlığı və güc tətbiq edilməməsi prinsiplərini elə kodlaşdırır ki, bu prinsiplərin ərazi bütövlüyü təməl normasının əsasında formalaşdığı və buna görə də beynəlxalq hüquq çərçivəsində bir-biri ilə ayrılmaz şəkildə bağlı olduğu vurğulanır.

Akt dövlətlərin ərazilərini beynəlxalq hüquq normalarına zidd olaraq hərbi işğal obyekti və ya digər birbaşa və ya dolayı güc tədbirləri və ya belə tədbirlər vasitəsilə ərazilərin əldə edilməsini qadağan edir. Helsinki Yekun Aktına əsasən, heç bir işğal və ərazilərin əldə edilməsi qanuni qəbul edilmir.

Helsinki Yekun Aktının on Prinsipi bir-birini tamamlayır və onlar bir-birini nəzərə almaqla tam, bərabər və qeyd-şərtsiz tətbiq olunmalıdır. Səbəbsiz deyildir ki, Akt bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etmə hüquqlarını beynəlxalq hüququn normalarına, xüsusən də dövlətlərin ərazi bütövlüyünə hörmət ilə birmənalı olaraq şərtləndirir.

Helsinki Yekun Aktının təməl prinsiplərinin xüsusilə münaqişənin həlli kontekstində yanlış şərh edilməsi və ya selektiv şəkildə tətbiqi, münaqişənin nizamlanmasına mane olur və ATƏT məkanına inam və etimadın pozulmasına gətirib çıxarır.

Bu kontekstdə təməl prinsiplərinin tətbiqində ikili standartların hər hansı təzahürünün aradan qaldırılması hər zamankından daha vacibdir.

ATƏT dövlətləri tərəfindən tənzimlənən bütün münaqişələr, istisnasız olaraq, Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüququn norma və prinsipləri əsasında, zərər çəkmiş dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında həll edilməlidir”.

“Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən suverenliyinə və ərazi bütövlüyünə birbaşa təhlükə ilə üzləşmişdir və buna görə də ATƏT-ə və xüsusən də Helsinki Yekun Aktında əksini tapmış prinsip və öhdəliklərinə xüsusi əhəmiyyət verir. Bu Akt 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi (822, 853, 874 və 884) ilə yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün əsas təşkil edir.

Azərbaycan Respublikası Helsinki Yekun Aktının imzalanmasının 45-ci ildönümünü təntənəli şəkildə yad edir və öz suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını bərpa etmək səylərində Akta güvənməkdə davam edir.

Azərbaycan Helsinki Yekun Aktının bu fundamental prinsiplərinin müdafiəsində ATƏT iştirakçı dövlətlərin dəstəyinə və həmrəyliyinə arxalanır”, - deyə XİN-dən qeyd edilib. 

10 Avq 2020
Cəmiyyət

Bakının mərkəzində tıxac - FOTO

Bu gün səhər saatlarında Bakının bəzi prospektlərində sıxlıq müşahidə olunur.

10 Avq 2020
Cəmiyyət

Gələn həftə Məhərrəm ayı başlayır

Gələn həftə, avqustun 21-də Məhərrəm ayı başlayacaq.

10 Avq 2020
Cəmiyyət

İsraildə Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədi ilə yürüş-mitinq keçirilib - YENİLƏNİB

İsrailin Tel-Əviv Yafo şəhərində Ermənistanın son hərbi təxribatlarına etiraz və düşmənin xain hücumunun qarşısını böyük şücaətlə alan Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədi ilə yürüş-mitinq keçirilib.

10 Avq 2020
Cəmiyyət

Çimərliyə gedərkən cimerlik.az portalından istifadə vacibdir - VİDEO

Həftəsonu istirahətini normal keçirmək istəyən paytaxt sakinləri çimərliklərə üz tutub. Lakin əksəriyyəti cimerlik.az saytının yaratdığı imkanlardan istifadə etmir. 

9 Avq 2020
Cəmiyyət

DİM abituriyentlərə müraciət etdi

Avqustun 14-də I və IV ixtisas qrupları üzrə sənəd verən abituriyentlər üçün Bakı, Gəncə və ya Naxçıvan şəhərlərində ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili imtahanları) keçiriləcək.