Azərbaycan şəhidi ilə vidalaşdı - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan şəhidi ilə vidalaşdı - YENİLƏNİB + FOTO/VİDEO
13 İyul 2020 12:43


Azərbaycan Ordusunun Ermənistanın təxribatı nəticəsində şəhid olan çavuşu Sadıqov Vüqar Lətif oğlu torpağa tapşırılıb.

realpress.az xəbər verir ki, şəhidimiz Ağstafa rayonu Yuxarı Göcəli kəndində dəfn edilib. 

10:34

Azərbaycan Ordusunun Ermənistanın təxribatı nəticəsində şəhid olan çavuşu Sadıqov Vüqar Lətif oğlu ilə vida mərasimi keçirilir.

realpress.az xəbər verir ki, şəhidlə vida mərasimi doğulduğu Ağstafa rayonu Yuxarı Göcəli kəndindəki evində keçirilir. 

Dəfn mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı və digər dövlət qurumlarının rəsmiləri iştirak edir.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları - çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.