Deputat Ədalət Vəliyevlə görüşü şərh etdi: “Gələcəkdə daha da intensiv xarakter daşıyacaq”

Deputat Ədalət Vəliyevlə görüşü şərh etdi: “Gələcəkdə daha da intensiv xarakter daşıyacaq”
11 İyul 2020 16:25


“Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin həm parlament partiyaları, həm də Milli Məclisdə təmsil olunmayan partiya rəhbərləri ilə görüşü cəmiyyətdə çox müsbət qarşılanır”.

Bunu realpress.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib.

Millət vəkili bildirib ki, dövlət siyasi partiyalara yeni yanaşma ortaya qoyur və dialoq mühitinə özünün töhfəsini verir.

Xatırladaq ki, iyulun 7-də Milli Məclisin spikeri Sahibə Qafarovanın və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə parlamentdə təmsil olunan partiya rəhbərlərinin videokonfrans formatında görüşü keçirilib.

İclas “Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusuna həsr olunub.

Görüşün sonunda parlamentdə təmsil olunan partiyalar birgə bəyanat qəbul ediblər.

Bəyanatda Prezident tərəfindən dövlət idarəçiliyində aparılan islahatlara dəstək ifadə olunub.

F.Ağamalı söyləyib ki, görüş məhsuldar olub, geniş dialoq şəkilində keçirilib.

AVP sədrinin sözlərinə görə, Ə.Vəliyevin parlamentdə təmsil olunan partiyaların rəhbərləri ilə görüş keçirməsi yeni formatdır.

“Bu yeni format özünün əhəmiyyətini dərhal hiss etdirməyə başladı. Bir neçə gündür ki, görüş ətrafında mətbuatda müzakirələr gedir”, - deyə F.Ağamalı əlavə edib.

Parlamentarinin sözlərinə görə, iclasda Ə.Vəliyev eyni formatda yeni görüşlərin keçirilməsi təklifinə müsbət yanaşıb.

“Mən əminəm ki, perspektivdə bütün partiyalar cəmiyyətimizin önə çəkmiş olduğu aktual məsələlər ətrafında birgə müzakirəyə qatılacaq. Radikallıqdan, bir-birinə qarşı kəskin, əsası olmayan hücumlardan sağlam əsaslara söykənən, xalqımıza, dövlətimizə töhfələr verə biləcək dialoqa keçməliyik. Artıq bunun əsası qoyulub. Gələcəkdə bu addımlar daha da intensiv xarakter daşıyacaq”.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

26 Apr 2024
Cəmiyyət

Keçmiş məcburi köçkün: “Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır”

“Gedib Füzulinin təmiz havasını ciyərimizə çəkmək bizim üçün cənnəti bu dünyada görməkdir".