Afrika ölkələrində COVID-19-a yoluxanların sayı 550 min nəfərə çatır

Afrika ölkələrində COVID-19-a yoluxanların sayı 550 min nəfərə çatır
10 İyul 2020 14:34

Afrika ölkələrində COVID-19-a yoluxanların sayı sürətlə artır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, qitədə artıq 550 min nəfərə yaxın yeni növ koronavirusa yoluxma qeydə alınıb, 12 min 500 pasiyent isə vəfat edib.

ən çox yoluxma Cənubi Afrikada Respublikasında (CAR) qeydə alınıb. Belə ki, son sutkada bu ölkədə 13 675 nəfər COVID-19-a yoluxub, 121 pasiyent isə vəfat edib. Pandemiyanın yayıldığı ilk gündən bəri Cənubi Afrikada 221 min insan bu virusa yoluxub. CAR Səhiyyə Nazirliyi 2 milyon nəfərin testdən keçdiyini bəyan edib.

Misirdə son sutka ərzində COVID-19-a 950 nəfər yoluxub, daha 53 pasiyent isə vəfat edib. Bu ölkədə yoluxma halları 80 min nəfərə yaxınlaşıb, vəfat edənlərin sayı isə 3617-dir. Misirin Səhiyyə Nazirliyi bildirib ki, artıq ölkənin farmasevtika sənayesi karantin xəstəxanalarını COVID-19-un müalicəsində effektiv olan “Remdesivir” dərman preparatı ilə təmin edir.

ÜST-nin məlumatında qeyd edilir ki, son bir ay ərzində Afrikanın 22 ölkəsində COVID-19-a yoluxma halları iki dəfə artıb. CAR ilə yanaşı, ən çox yoluxma Əlcəzair, Misir, Qana və Nigeriyada qeydə alınıb. ÜST qitə ölkələrinə yardım məqsədilə 25 min tibb işçisinə təlim keçib, 3 min ədəd oksigen konsentratoru, 23 min ədəd “GeneXpert” test aparatı, 4 milyondan çox tibbi maska və həkimlər üçün qoruyucu geyim göndərib.


26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.