“Sobsan” boya fabrikindəki yanğın söndürülüb – YENİLƏNİB+FOTO/VİDEO

“Sobsan” boya fabrikindəki yanğın söndürülüb – YENİLƏNİB+FOTO/VİDEO
05 İyul 2020 10:28


Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğın söndürülüb.

02:38

Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğın məhdudlaşdırılıb.

APA-nın məlumatına görə, bunu Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev bildirib.

Nazir müavini qeyd edib ki, artıq yanğının yayılma təhlükəsi yoxdur: “Yanğın ərazisinə 300-ə qədər canlı qüvvə və 50-dək texnika cəlb olunub. Yanğın zamanı beşi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları olmaqla, altı nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan bəzilərinə ambulator yardım göstərilərək, öz iş yerlərinə qayıdıblar”.

Nazir müavini bildirib ki, ilkin məlumata görə, yanğın 2500-3000 kvadratmetr ərazini əhatə edib. Yanğın ərazisində boya, aseton və s. kimi tez alışan maddələr əksəriyyət təşkil edib. 

00:00

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.

FHN-dən realpress.az-a verilən məlumata görə, hazırda Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir.

Yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların Nazirliyin müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.


22:13

7-ci mikrorayondakı “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı FHN-in yanğından mühafizə xidmətinin əməkdaşlarından xəsarət alanlar olub.

Baku TV xəbər verir ki, hadisə nəticəsindən tüstüdən zəhərlənən yanğınsöndürənlər yoldaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar.

Bundan əlavə mülki vətəndaşlardan da xəsarət alanların olduğu bildirilib.

Yanğının söndürülməsi üçün əraziyə əlavə qüvvə və texnika cəlb olunub.

{gallery}

21:43

7-ci mikrorayonda “Sobsan” boya fabrikində baş vermiş yanğın davam edir.

realpress.az xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Bundan əlavə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev də yanğın baş verən yerə gəlib. 

Əraziyə cəlb olunmuş FHN-nin 32 texnikası və 160 canlı qüvvəsi yanğının söndürülməsi üçün mübarizə aparır.

21:15

7-ci mikrorayonda “Sobsan” boya fabrikində baş vermiş yanğın davam edir.

Hazırda FHN yanğından mühafizə xidməti alovun lokallaşdırılması və söndürülməsi üçün mübarizə aparır.

Baku TV-nin əldə etdiyi ilk məlumatlara görə, hadisə zamanı beş nəfər xəsarət alıb.

Onlar təcili xəstəxanaya çatdırılıblar.

21:01

7-ci mikrorayondakı “Sobsan” boya fabrikinə məxsus sexdə yanğın davam edir.

FHN-dən realpress.az-a verilən məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür. 

Yanğın zamanı ətrafdakı insanlar təxliyyə edilib. 

20:37

Bakının Binəqədi rayonunda dəhşətli yanğın baş verib.

realpress.az xəbər verir ki, hadisə 7-ci mikrorayon adlanan ərazidə olub.

İlkin məlumatlara görə, “Sobsan” boya fabrikinə məxsus sexdə partlayış olub. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub. 

 

 

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.