Dünya ölkələri Azərbaycan Prezidentinin ideyası ətrafında birləşdi - VİDEO

Dünya ölkələri Azərbaycan Prezidentinin ideyası ətrafında birləşdi - VİDEO
03 İyul 2020 16:53


Dünya müharibəsi ilə müqayisə olunan COVID-19 pandemiyası şəraitində qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var.

Təəssüflər olsun ki, böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də, bunu müşahidə etmək çətindir. Pandemiya ilə nümunəvi mübarizə aparan Azərbaycan isə belə bir vəziyyətdə yenə də bütün dünyanın diqqətini öz üzərində cəmləməyə nail olub.

Birləşmiş Millətlər Təşkilatının 130-dan çox üzv dövləti tərəfindən Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyətin Azərbaycana böyük etimadının və hörmətinin daha bir əyani göstəricisidir. 

Mövcud durum bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində BMT çərçivəsində həll yollarının tapılmasına böyük ehtiyac və tələbat var. Bu gün dünyada ən böyük və nüfuzlu beynəlxalq təşkilat BMT-dir, Azərbaycanın isə BMT-ni idarə etmək təcrübəsi var.

Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və Təhlükəsizlik Şurasına sədrlik edib. Belə bir təşəbbüsün irəli sürülməsi və dəstəklənməsinə nail olunması BMT-nin fəaliyyətinə dərindən bələd olan Azərbaycan və onun siyasi rəhbərliyinin məntiqi, düşünülmüş addımı kimi qiymətləndirilməlidir. 

O da təsadüfi deyil ki, bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət yenə də destruktiv davranışı ilə özünü artıq dünyada biabır etmiş Ermənistan olub. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, ən ali dəyər olan insan sağlamlığı məsələsinin beynəlxalq platformada müzakirəsinə razılıq verdiyi halda, Ermənistan təşəbbüsə qarşı çıxır. Beləliklə də, təcavüzkar Ermənistan növbəti dəfə əsl dəyərlərinin nədən ibarət olduğunu nümayiş etdirərək, özünü ifşa edir.

Daha ətraflı Baku TV-nin süjetində:

26 Apr 2024
Siyasət

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində iştirak edib.

26 Apr 2024
Siyasət

Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gedib.

26 Apr 2024
Siyasət

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.