Azərbaycanda koronavirus xəstələrinin qablarının küçəyə atılması ilə bağlı AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Azərbaycanda koronavirus xəstələrinin qablarının küçəyə atılması ilə bağlı AÇIQLAMA - YENİLƏNİB + VİDEO
29 İyun 2020 17:45


Cəlilabad Rayon İcra Hakimiyyəti koronavirusdan müalicə alanların yerləşdirildiyi Rayon Mərkəzi Xəstəxanasında insanların sağlamlığına təhlükə yaradacaq əşyaların küçəyə atılması ilə bağlı məsələyə münasibət bildirib.

Başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova realpress.az-a açıqlamasında faktı təsdiq edib:

“Artıq əşyalar oradan götürülüb. O əşyaların daşınması və utilizasiyası Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) tapşırılıb. Onlara səlahiyyət verilib ki, əşyaları götürsünlər və yandırsın. Agentliyin əməkdaşları məsələyə bir az səhlənkar yanaşıb. Orada xəstə də çoxdur. Tibb işçilərin də istifadə etdiyi əşyalar yığılıb, paketlənib. O əşyalar qısa müddətə orda qalıb”.

16:45

Koronavirusdan müalicə alanların yerləşdirildiyi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında insanların sağlamlığına təhlükə yaradacaq fakt qeydə alınıb.

 xəstəxanada yemək verilməsi üçün nəzərdə tutulan qablar və əşyalar sellofan kisələrə yığılaraq həyətə boşaldılıb.

Xəstəxana əməkdaşlarının hansı səbəbdən bu addımı atdığı dəqiq bilinmir.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

26 Apr 2024
Cəmiyyət

Keçmiş məcburi köçkün: “Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır”

“Gedib Füzulinin təmiz havasını ciyərimizə çəkmək bizim üçün cənnəti bu dünyada görməkdir".