“Azərbaycanda elə rayon, kənd, qəsəbə yoxdur ki, orada su problemi olmasın”.
realpress.az-ın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib.
Millət vəkili iclasda iştirak edən Maliyyə naziri Samir Şərifova müraciətində bildirib ki, Azərbaycanda içməli su probleminin həlli ilə bağlı dövlət başçısına məruzə etmək lazımdır.
“Hazırda elə kənd var ki, orada yaşayan insanlar içməli su tapa bilmirlər. Bu problemləri həll etmək lazımdır”, - deyə V.Əhmədov əlavə edib.
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olunub.
Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.