Azərbaycanda koronavirusa yoluxan işçilərə görə xəstəxana bağlanıb? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxan işçilərə görə xəstəxana bağlanıb? - RƏSMİ AÇIQLAMA
02 İyun 2020 15:37


Bərdə rayonunda yerləşən Regional Diaqnostika Mərkəzinin fəaliyyətini bir neçə günlük dayandırdığına dair məlumatlar yayılıb. 

realpress.az xəbər verir ki, iddialara görə, səhiyyə müəssisəsinin fəaliyyətini dayandırmasına orada çalışan üç tibb işçisinin koronavirusa yoluxması səbəb olub.

Onların Goranboy rayonunda koronaviruslu xəstələrə yardım göstərərkən yoluxduğu bildirilir.

Məsələ ilə bağlı TƏBİB-in mətbuat xidmətinin rəhbəti Rəvanə Əliyeva realpress.az-a açıqlamasında bildirib ki, bu, tibb müəssisəsində kimlərinsə virusa yoluxması ilə bağlı olmur:

“Biz daha əvvəl də bildirmişdik ki, tibb müəssisələrinin fəaliyyətlərində bir neçə günlük məhdudiyyətlərin olması həmin müəssisələrdə aparılan dezinfeksiya tədbirləri ilə bağlı ola bilir.

Bu isə ölkə ərazisində koronavirusla mübarizə çərçivəsində aparılan tədbirlərə uyğundur. İstər paytaxt ərazisində, istərsə də regionlarda hər hansı tibb müəssisələrinin bağlanmasını sırf yoluxma halları ilə bağlamaq doğru deyil.

Bununla bağlı daha əvvəl də açıqlamalar verilib. Tibb müəssisələrinin dezinfeksiya tədbirləri ilə bağlı bir neçə günlük bağlanması kimi məqamlar ola bilər”.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.