Çirkli pullarla xaricdə əmlaka yiyələnənlərin mülkləri əllərindən alınacaq - ŞƏRH

Çirkli pullarla xaricdə əmlaka yiyələnənlərin mülkləri əllərindən alınacaq - ŞƏRH
25 May 2020 14:35


Qeyri-qanuni yollarla əldə edilmiş pul vəsaitləri hesabına xarici ölkələrdə əmlaka yiyələnənlərin mülkləri əlindən alına biləcək.

Bu barədə realpress.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Cinayət Prosessual Məcəlləsinin 521.1-ci bəndinə təklif olunan əlavəni şərh edərkən deyib.

Məcəllənin 521-ci maddəsi “Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun  qərarlarının icrası qaydası” adlanır.

Qanun layihəsində isə maddənin adı dəyişdirilib və “Əmlakın müsadirəsi barədə Azərbaycan Respublikasında çıxarılmış hökm və ya digər yekun qərarların xarici ölkədə icrası” adlandırılıb.

Təklif olunan 521.1-ci maddə xarici ölkədə yerləşən əmlakın müsadirə olunması prosedurunu müəyyən edir.

Layihədə yazılır ki, xarici ölkədə yerləşən əmlakın müsadirə olunması barədə Azərbaycanda çıxarılmış hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindiyi tarixdən beş gün müddətində icra olunmalıdır.

Deputat F.Ağamalı bildirir ki, qanun layihəsi reallığı özündə əks etdirən yanaşmadır.

“Azərbaycanda müxtəlif şəkildə pul vəsaitləri əldə edənlər var. Bu pulları halal yolla, zəhmətlə qazanılmayan vəsait kimi nəzərə almaq lazımdır”, - deyə F.Ağamalı əlavə edib.

Onun fikrincə, qeyri-qanuni yolla əldə edilən pullar hesabına xaricdə tikilən, ayrı-ayrı ölkə vətəndaşlarının məşğulluğuna xidmət edən, həmin ölkələrin büdcəsinə vəsait daxil olmasına xidmət edən hallar bütün mənalarda başadüşülən deyil.

Millət vəkili hesab edir ki, bəzi azərbaycanlıların xaricdəki mülkləri araşdırılmalı və təsnifatı aparılmalıdır.

“Əgər o mülklər cinayət xarakterli əməllərlə əldə olunubsa, bunun barəsində hüquqi baxımdan addım atmaq mümkün olacaq”, - deyən F.Ağamalı təklif də səsləndirib:

“Məhkəmə xaricdəki daşınmaz əmlakların Azərbaycandan gedən, qeyri-qanuni yollarla əldə edilən pullar hesabına mülk yaradıldığını sübut edərsə, onlar Azərbaycanın mülkiyyəti kimi təsnif olunmalıdır. Həmin əmlak orada hərraca çıxarıla və əldə olunan vəsait Azərbaycan büdcəsinə daxil ola bilər”.

Qeyd edək ki, qanun layihəsi qəbul olunacağı təqdirdə 2020-ci il iyulun 1-dən qüvvəyə minəcək.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.