Prezidentdən sahibkarlara mane olan məmurlara XƏBƏRDARLIQ

Prezidentdən sahibkarlara mane olan məmurlara XƏBƏRDARLIQ
21 May 2020 16:50


“Bəzi hallarda sahibkarlar problemlərlə üzləşirlər. Bəzi məmurlar onların layihələrinə şərik çıxmaq istəyir və gəlirlərinə göz dikirlər”.

realpress.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, məmurlar tərəfindən bu cür addımların atılmasına qətiyyən yol vermək olmaz.

Prezident yeni icra başçıları qarşısında investorların cəlb edilməsi istiqamətində də tapşırıqlar qoyub:

“İndi dünyada investisiyalar uğrunda mübarizə aparılır. Ölkələr öz təkliflərini irəli sürürlər ki, investorları cəlb etsinlər. Buna görə də, siz yerli sahibkarları inandırmalısınız ki, onlar sizin rayona sərmayə qoysunlar, iş yerləri yaratsınlar, beləliklə rayonların inkişafına töhfə versinlər. Bəzi hallarda sahibkar iş görmək istəyir, ona min cür əziyyət verilir – buna heç cür yol vermək olmaz”.


26 Apr 2024
Siyasət

Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gedib.

26 Apr 2024
Siyasət

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

26 Apr 2024
Siyasət

İlham Əliyev Füzulidən Berlinə getdi - FOTO/VİDEO

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.