Azərbaycana pandemiya dövründə qızıl və gümüş ixracından nə qədər vəsait daxil olub? - RƏSMİ

Azərbaycana pandemiya dövründə qızıl və gümüş ixracından nə qədər vəsait daxil olub? - RƏSMİ
20 May 2020 16:33


“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) karonavirus pandemiyası dönəmində bütün sahələr üzrə fəaliyyətini Nazirlər Kabineti yanında operativ qərargahın qərar və təlimatlarına uyğun qaydada, fasiləsiz olaraq davam etdirir. Hasilat, geoloji kəşfiyyat, inşaat eləcə də, digər fəaliyyət sahələrində işlər plana uyğun, tam qrafik üzrə icra edilir”.

“AzerGold” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, pandemiya ilə əlaqədar ölkədə müntəzəm uçuşlara qoyulan məhdudiyyətin davam etdirildiyi bir məqamda dünya bazarlarında qiymətli metalların kəskin qiymət artımını nəzərə alaraq, ixrac üçün alternativ daşınmaya müraciət edib.

Beləliklə, yerli hava daşıyıcı şirkətinin təklif etdiyi əlverişi şərtlər əsasında çarter reysi vasitəsilə həyata keçirilən ixrac nəticəsində Çovdar filiz emalı sahəsində istehsal edilmiş 36 ədəd qızıl-gümüş tərkibli xəlitə saflaşdırılma və satış məqsədilə İsveçrəyə göndərilib.

İxrac nəticəsində 6,769.37 unsiya qızıl, 15,758.29 unsiya gümüşün satışından ümumilikdə 12 165 755,02 ABŞ dolları (20,681,783.53 AZN) həcmində vəsait ölkə iqtisadiyyatına cəlb edilib.

Qeyd edək ki, baş tutan ixrac əməliyyatı nəticəsində qızılın bir unsiyası 1756.80 ABŞ dolları (2986.56 AZN), gümüş isə 17.34 ABŞ dolları (29.49 AZN) dəyərində satılıb.

Bu, “AzerGold” QSC-nin fəaliyyəti dövründə ən yüksək hədd və nəticədə, bir unsiya üzrə bu günə qədər əldə edilmiş ən yüksək məbləğ hesab olunur.

13 Avq 2020
İqtisadiyyat

Neftin qiyməti yenidən ucuzlaşdı

London birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti 45,32 dollar təşkil edir.

13 Avq 2020
İqtisadiyyat

Avqustun 13-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 13 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

12 Avq 2020
İqtisadiyyat

Azərbaycanda qızıla qoyulan investisiya həcmi artıb - RƏQƏMLƏR

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıla yatırılan investisiyanın həcmini artırıb.

12 Avq 2020
İqtisadiyyat

Manatın bu günə məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 12 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

12 Avq 2020
İqtisadiyyat

Qaz ucuzlaşdı, neft bahalaşdı

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.