Koronavirusa yoluxmuş olimpiya çempionumuz: “Xəstəxanalar azdır, dərman, qoruyucu vasitələr tapılmır”

Koronavirusa yoluxmuş olimpiya çempionumuz: “Xəstəxanalar azdır, dərman, qoruyucu vasitələr tapılmır”
20 May 2020 10:53


Azərbaycanın sərbəst güləş üzrə Avropa, dünya və olimpiya çempionu Şərif Şərifov Report.az saytına müsahibə verib.

Həmin müsahibəni diqqətinizə çatdırırıq:

- Hazırda Bakıdasınız, yoxsa Dağıstanda?

- Mahaçqalada, ailmənin yanındayam.

- Dağıstanda koronavirusla əlaqədar yoluxma və ölüm sayında xeyli artım var. Siz özünüz necəsiniz?

- Artıq hər şey qaydasındadır. Mən özüm də bu virusa yoluxmuşdum. Hətta anam ağciyərlərin ikitərəfli pnevmoniyası diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Mayın 19-da evə buraxıldı. Hər şey yaxşılığa doğru gedir.

- Bu, koronavirusla bağlı problem idi?

- Düşünürəm ki, bəli, koronavirus idi. Düzdür, test götürmədilər, amma simptomları var idi. Anamdan fərqli olaraq, mən yüngül formada keçirdim. Yalnız qızdırma və ağrılar var idi.

- Yaxınlarınızdan daha kimlər vurusa yoluxmuşdu?

- Bütün ailəmiz - mən, həyat yoldaşım, anam, atam, bacım xəstələnmişdi. Sanki hamı bir-birinə ötürürdü. Bu, adi qrip deyil, təhlükəli virusdur. Qripin simptomları daha yüngül olur. İnsanlar düşünürdülər ki, ev şəraitində sağala bilərlər. Bunun baş vermədiyini görəndə xəstəxanalara müraciət edirdilər ki, həmin vaxt da gec olurdu. Nəticədə, çoxlu insan öldü. 

- İndi özünüzü necə hiss edirsiniz?

- Yaxşı hiss edirəm. Buna baxmayaraq, özümü təcrid etməyə, evdən çölə çıxmamağa çalışıram.

- Virusa yoluxduğunuzu nə vaxt bildiniz?

- Ramazan ayının gəlişi ilə xəstələndik. Artıq bir həftədir ki, sağalmışam. 

- Sizcə, infeksiya kimdən keçə bilər?

- Bu barədə heç nə deyə bilmərəm. Hər şey çox anidən oldu.

- Demək olarmı ki, Dağıstanda koronavirusla bağlı ümumi vəziyyət yaxşı deyil?

- Bəli. O qədər çox xəstə var ki, xəstəxanalarda yer tapmaq olmur. Amma vəziyyət müsbətə doğru dəyişir. Ümid edirəm ki, getdikcə daha da yaxşı olacaq.

- Vəziyyət niyə bir anda bu qədər pisləşdi?

- Düşünürdük ki, adi qripdir, sadəcə, bunu çox şişirdirlər. Sonra yoluxmaya sanki çox tez start verildi, sayı o qədər çoxaldı ki, insanlar təşvişə düşməyə başladılar. Bayaq da dediyim kimi, ilk dövrdə xəstaxanalarda boş yer yox idi. İndi isə azalma müşahidə olunur. İstənilən halda, yenə də klinikalarda xəstələrin sayı çoxdur. Səbəblər yetərincədir. İnsanlar da günahkardır. Xəstəxanalar azdır, dərman, qoruyucu vasitələr tapılmır. Hətta xeyli sayda həkim də virusa yoluxub. 

- Xəstəliklə bağlı Azərbaycan Güləş Federasiyasını məlumatlandırmısınız?

- Federasiyamızın sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudova məlumat verdim ki, xəstələnmişəm. Sadəcə, test vermədim.

- Azərbaycana nə vaxt qayıtmağı düşünürsünüz?

- Sərhədlər mayın 31-dək bağlıdır. Həmin vaxtadək qayıtmayacağımı dəqiq bilirəm. Məşqlərin vaxtı və yeri dəqiqləşəndən, sərhədlər açılandan sonra Bakıya dönəcəyəm.

- Yəqin bilirsiniz ki, Bakıya qayıtdıqdan sonra iki həftəlik karantində olacaqsınız...

- Açığı, hələlik nəyin necə olacağını bilmirəm. Bakıda vəziyyət necədir?

- Burada karantin rejimi yumşaldılıb...

- Bizdə isə hələ də yollar bağlıdır. İnsanlar küçəyə çıxsalar da, hər şey nəzarət altındadır.

25 May 2020
İdman

20 min avroluq “İpək Yolu Kuboku” başlayır: Bütün iştirakçılar məlumdur

28 May – Azərbaycanın Respublika Günü və 26 May – Gürcüstanın Müstəqillik Gününə həsr edilən şahmatın blits növü üzrə onlayn “İpək Yolu Kuboku” (Silk Way Cup) turnirinin iştirakçıları bəlli olub.

25 May 2020
İdman

Hakan Çalhanoğlu: “İbrahimoviçin azarkeşlik etdiyi türk klubu var”

İtaliyanın “Milan” klubunda forma geyinən türkiyəli ulduz futbolçu Hakan Çalhanoğlu komanda yoldaşı Zlatan İbrahimoviçin Türkiyədə azarkeşlik etdiyi bir klub olduğunu açıqlayıb.

25 May 2020
İdman

“Qarabağ” dünyada ən az baş məşqçi dəyişən komandalardan biridir

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın 84 liqasında çıxış edən klublar və onların baş məşqçiləri ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb.

25 May 2020
İdman

Sneyder “Qalatasaray”a qayıdır

“Qalatasaray” futbol klubunun məşqçilər korpusunda yer alan Həsən Şaşın istefasından sonra Fatih Terim onu xarici məşqçi ilə əvəzləməyi düşünür.

25 May 2020
İdman

Daha bir dünya çempionatı təxirə salındı

Şahmat üzrə yeniyetmə oğlanlar və qızlar arasında keçiriləcək dünya çempionatı koronavirus infeksiyası səbəbindən qeyri -müəyyən müddətə təxirə salınıb.