Millimizin tarixən istifadə etdiyi formalar: Bayrağımıza uyğun gəlməyəni də olub - FOTO

Millimizin tarixən istifadə etdiyi formalar: Bayrağımıza uyğun gəlməyəni də olub - FOTO
18 May 2020 10:57


Futbol üzrə Azərbaycan milli komandası müxtəlif illərdə fərqli formalardan istifadə edib.

realpress.az xəbər verir ki, komandamız indiyədək 15 formada meydançaya çıxıb.

Hətta millimizin tarixində 1995-ci ildə sonradan dünya çempionu olacaq Fransa yığmasına qarşı oyunda geyinilmiş sarı-yaşıl forma da var. Halbuki sarı rəng Azərbaycan bayrağında əks olunmayıb.

1995-ci ilin sentyabrın 6-da Oser şəhərində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş həmin matç komandamızın tarixinə ən biabırçı məğlubiyyət kimi düşüb – 0:10! (ilk dörd foto həmin oyundandır – S.M.)

Ümumiyyətlə, 90-cı illərdə AFFA yığma üçün keyfiyyəti ilə o qədər də seçilməyən “Diadora” və “Puma” geyimlərindən istifadə edib. 2004-cü ildən etibarən futbolumuza dövlət tərəfindən pul ayrıldıqdan sonra milli komandalarımızın formaları da keyfiyyətcə yaxşılaşıb. Üstəlik, hər oyunçuya rəqibi ilə dəyişə bilmək üçün əlavə forma verilib.

Alman baş məşqçi Berti Foqtsun vaxtında AFFA forma təchizatı üçün məşhur “Umbro” şirkəti ilə əməkdaşlıq edibsə, son illərdə geyim firması dəyişib. İndi komandamız “Nike”la əməkdaşlıq edir.


 



26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.