Ərdoğan İlham Əliyevə minnətdarlığını bildirdi: “Daha güclü çıxacağıq” - VİDEO

Ərdoğan İlham Əliyevə minnətdarlığını bildirdi: “Daha güclü çıxacağıq” - VİDEO
10 Apr 2020 14:40

“Bütün bəşəriyyət hazırda görünməz düşmənə qarşı çətin bir müharibə aparır. Türk Şurasının bu fövqəladə zirvəsi aramızdakı həmrəyliyi möhkəmləndirəcək. Bu prosesdən də, Allahın icazəsi ilə, güclənərək çıxacağımıza inanıram”.

realpress.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.

Ərdoğan nitqinin əvvəlində iclasın keçirilməsi təşəbbüsü ilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Ərdoğan Türk Şurası ölkələri səhiyyə nazirlərinin də ehtiyac olacağı halda videokonfrans həyata keçirərək, təcrübələrini bölüşə biləcəklərini düşündüyünü bildirib.

“Epidemiyanın təsiri ilə eyni zamanda qlobal miqyasda iqtisadi böhranla qarşı-qarşıyayıq. Görülən tədbirlər aramızdakı ticarətə mənfir təsir göstərə bilir. Xalqın sağlamlığını gözləməklə ən optimal həlləri həyata keçirməliyik”, - Ərdoğan qeyd edib.

Türkiyə Prezidenti çıxışında beynəlxalq ticarət və karqo daşınmasının tədarük zənciri baxımından həyati əhəmiyyətə malik olduğunu vurğulayıb:

“Türkiyə ilə Azərbaycan və Gürcüstan arasında yük daşınması üçün istifadə olunan dəmiryolu daşınmasını Orta Asiyaya uzada bilərik. Bakı-Tbilisi-Qars xətti ilə gündəlik 3500 ton yükün daşına bilməsi üçün işlər görürük”.

Ərdoğan çıxışı zamanı şura üzvlərindən keçid qiymətləri, sürücülərin vizaları kimi məsələlərdə şərait yaradılmasını gözlədiyini qeyd edib.

Qardaş ölkə lideri şura ölkələrinin pandemiyadan sonrakı dövr üçün hazırlanmalı olduğunu da vurğulayıb:

“Bu savaşı, əlbəttə ki, qazanacağıq. Pandemiyadan sonrakı dövr üçün də hazırlıq aparmalıyıq. Bu şəkildə bir fəaliyyət tərzinin mənimsənilməsi şuramızın beynəlxalq nüfuzunu və qlobal gücünü artıracaq”.

26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.