Mağazalardakı iki metrlik məsafə çox təhlükəlidir - VİDEO

Mağazalardakı iki metrlik məsafə çox təhlükəlidir - VİDEO
03 Apr 2020 09:32

Koronavirusa qarşı mübarizə aparmaq üçün insanlar arasında tövsiyə olunan məsafə artırılmalıdır.

Bu barədə “USA Today”ə müsahibəsində Massaçusets Texnologiya İnstitutunun (MIT) dosenti Lidiya Buruiba bildirib.

Onun sözlərinə görə, asqıran insanın ağzından çıxan damcılar səkkiz metr məsafəyə qədər yayıla bilər. Buna görə də pandemiya dövründə insanlar arasında tövsiyə olunan məsafəni artırmaq lazımdır. 

COVID-19 pandemiyası bir çox ölkələrdə məktəblərin, iş yerlərinin və digər ictimai yerlərin bağlanması ilə nəticələnib, şəhərlərdən çıxmaq qadağan olunub, zəruri olmadıqca evi tərk etməmək tövsiyə edilib. Küçəyə çıxdıqda isə insanlar arasında 1,5 -2 metr məsafə qorumaq məsləhət görülüb: öskürərkən və asqırarkən virus zərrəciklərinin məhz bu məsafədə hərəkət edə biləcəyi düşünülürdü.

Lakin araşdırmaçının sözlərinə görə, məsafə düzgün hesablanmayıb, bu da koronavirus pandemiyası ilə mübarizənin effektivliyini aşağı salır:

“Son araşdırmalar göstərir ki, nəfəs verəndə, asqıranda və öskürəndə yalnız qısa yarıballistik trayektoriya üzrə hərəkət edən selikli ifrazatların damcıları atılmır, həmçinin, çoxfazalı turbulent qaz buludu yaranır. O isə havaya çoxlu sayda müxtəlif ölçülü damcılar şəklində yayılır”.

Buruiba sözlərinin sübutu üçün asqıran insanla bağlı video təqdim edib. Onun sözlərinə görə, öskürək zamanı verilən nəfəsin kiçik fraksiyaları saniyədə 30 metr sürətlə çıxır.

O, həmçinin, məşhur parça maskaların insanları kiçik zərrəciklərdən qorumadığını vurğulayıb.

Yeri gəlmişkən qeyd edək ki, digər qrup araşdırmaçılar virus hissəciklərinin ventilyasiya sistemlərinə düşə və daha uzun məsafə qət edə biləcəyi barədə xəbərdarlıq ediblər. Onlar buna nümunə kimi Sinqapurda koronavirus infeksiyasının yayılmasını göstəriblər.

Bu səbəbdən elm adamları pandemiya dövründə təyyarə ilə səyahətdən çəkinməyi tövsiyə edirlər. 

25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.