DİN rəsmisi: “Maska və əlcəksiz çölə çıxmaq qayda pozuntusudur” - VİDEO

DİN rəsmisi: “Maska və əlcəksiz çölə çıxmaq qayda pozuntusudur” - VİDEO
02 Apr 2020 14:39

“Xüsusi karantin rejiminin qaydalarına görə, hər bir vətəndaş hətta çölə çıxmasına icazə olduqda belə, mütləq qaydada qoruyucu vasitələrdən istifadə etməlidir”.

realpress.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib.

Onun sözlərinə görə, bu, karantinin şərtləridir ki, mütləq qaydada çölə çıxarkən qoruyucu vasitələrdən istifadə olunmalıdır:

“Karantin qaydalarının hər bir şərtinin pozulması inzibati məsuliyyət deməkdir. Polis əməkdaşı maska və əlcək taxmadığına görə vətəndaşı cərimə edə bilər. Bu, karantin rejiminin qaydalarını pozduğuna görədir.

Çünki karantin rejimi qaydalarında da qoruyucu vasitələrdən istifadə zəruridir. İstifadə etməmək də bu qaydaları pozmaq deməkdir”.

İlhamə Əbülfət

26 Apr 2024
Siyasət

Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.