Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib - RƏSMİ + VİDEO

Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib - RƏSMİ + VİDEO
02 Apr 2020 14:35

“Azərbaycana ötən gecə tibbi maska istehsalı üçün xammal gətirilib”.

realpress.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bir müddət bundan əvvəl dövlət orqanları maska istehsalını təşkil etmək üçün tədbirlər görüb:

“Bu sahədə irəliləyiş var. Maskaların istehsalı üçün avadanlıqların böyük hissəsi quraşdırılıb. Dünən gecə xammal gətirilib. Tələbat kəskin artdığı üçün bütün ölkələrdə çatışmazlıq var. Bir müddət dövlət orqanları ölkədə maska və spirtin istehsalı üçün tədbirlər görürlər.

Xammal idxalına rüsumlar, əlavə dəyər vergisi ləğv edilib, güzəştli kreditlər təklif olunub. Bütün şərait yaradılıb kit, maska və spirtin yerli istehsalı təşkil olunsun. İstehsal prosesinin dəqiq gününü və saatını demək həmişə mümkün deyil. Amma spirt məhsulları istehsal olunur, qablaşdırılması problemi vardı”.

İ.Məmmədov qeyd edib ki, Sumqayıtda tibbi maskaların istehsalına başlanılıb:

“Aprelin ilk həftəsində bu işlər başa çatıb. Avadanlıqların əksəriyyəti qurulub. Dünən gecə təyyarə ilə tibbi maskaların istehsalı üçün xammal gətirilib. İkiqatlı, üçqatlı, bakterioloji və nano-cərrahiyyə maskalarının istehsalına başlanacaq. İlk dövrdə gündə 70-80 min ədəd gücü ilə olacaq, sonra gündəlik istehsal 200 min ədədə çatdırılacaq”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva qeyd edib ki, qoruyucu vasitələrin Azərbaycana gətirilməsi ilə bağlı iş aparılır.


7 May 2024
Siyasət

Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Azərbaycanda rəsmi səfərdə olan Slovakiyanın Baş naziri Robert Fitso mayın 7-də Şəhidlər xiyabanını ziyarət edib.

7 May 2024
Siyasət

Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Bolqarıstan Prezidenti Rumen Radev mayın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

7 May 2024
Siyasət

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər.

7 May 2024
Siyasət

Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilib

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci km-də piyada keçidinin tikintisi artıq yekunlaşıb.

7 May 2024
Siyasət

Azərbaycan Prezidentinin adından Slovakiya baş nazirinin şərəfinə rəsmi nahar verilib

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun şərəfinə rəsmi nahar verilib.