Sürücülərə ŞAD XƏBƏR: Bu halda cərimələnməyəcəklər

Sürücülərə ŞAD XƏBƏR: Bu halda cərimələnməyəcəklər
31 Mar 2020 15:03

“Avtomobil sahiblərinə texniki baxış üçün gələn SMS martın 29-dan sonra üçün nəzərdə tutulubsa, həmin şəxslər əlavə məsuliyyətə cəlb olunmayacaq”.

Bunu realpress.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, avtomobil sahiblərinin bu qayda pozuntusu xüsusi texniki vasitənin köməyilə aşkar edilməyəcək:

“Texniki baxış prosesi xüsusi karantinin sonuna kimi dayandırılıb. Əgər avtomobil sahiblərinə gələn SMS martın 29-u 00:00-a kimidirsə, onlar bu prosesdən keçməyiblərsə, cərimələnəcəklər”. 

“Sürücülərin narahatlığına ehtiyac yoxdur. Xüsusi karantin başa çatdıqdan sonra onlara vaxt veriləcək ki, maşınlarını texniki baxışdan keçsinlər”, - deyə K.Əliyev qeyd edib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah koronavirusla bağlı əlavə tədbirlər haqqında məlumat yayıb.

Məlumata əsasən, 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilir.

Xüsusi karantin dövründə xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılır.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.
Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilir.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.