“BP-nin binasında belə hadisə baş verməyib” - AÇIQLAMA - VİDEO

“BP-nin binasında belə hadisə baş verməyib” - AÇIQLAMA - VİDEO
31 Mar 2020 14:27

Sosial şəbəkədə koronavirusa yoluxmaqdan ehtiyat edərək, qeyri-adi davranışlara yol verən şəxsin görüntüləri paylaşılıb. Bəzi kütləvi informasiya vasitələrində həmin şəxsin BP-nin vitse-prezidenti Zaur Paşayev olduğu iddia olunur.

Görüntülərdə şəxsin əllərini dezinfeksiya etməsi və ayağı ilə liftin düyməsinə basmağa çalışdığı əks olunub.

Məsələ ilə bağlı “BP Azərbaycan” şirkətinin Mətbuat Katibi Tamam Bayatlı realpress.az-a açıqlamasında məsələdən xəbərdar olduqlarını deyib:

“Sosial şəbəkədə yayılan görüntüləri izləmişik. Görüntülər BP-nin binasına aid deyil. BP-nin binasında belə bir hadisə baş verməyib.

5 minə yaxın əməkdaşımız var. Ölkə ərazisində koronavirusla mübarizə çərçivəsində Nazirlər Kabinetinin qərarına uyğun olaraq, əməkdaşlarımızın sağlamlıqlarını qorumaq məqsədilə bütün zəruri tədbirlər görülür. Bu məsələ tərəfimizdən araşdırılacaq. Araşdırmanın nəticəsindən asılı olmayaraq bildirmək istəyirəm ki, biz bu cür davranışı düzgün hesab etmirik”.

Könül Cəfərli 

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

26 Apr 2024
Cəmiyyət

Keçmiş məcburi köçkün: “Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır”

“Gedib Füzulinin təmiz havasını ciyərimizə çəkmək bizim üçün cənnəti bu dünyada görməkdir".

26 Apr 2024
Cəmiyyət

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO

Hərbi Dəniz Qüvvələri (HDQ) və Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyət və vasitələrinin cəlb edilməsi ilə Xəzər dənizinin ərazi sularında keçirilən “Dalğa-2024” birgə taktiki təlimi müvəffəqiyyətlə başa çatıb.