Ekspert: “Equinor” Xəzər dənizinin potensialına inanır”

Ekspert: “Equinor” Xəzər dənizinin potensialına inanır”
30 Mar 2020 17:46

“Qarabağ” yatağının Azərbaycanın yataqlar balansına və işlənmə fonduna daxil edilməsi və illik 2,5 milyon ton neftin bazarımıza daxil olması yaxın illərdə Azərbaycanın neft hasilatı üçün ən böyük töhfədir”. 

Bunu realpress.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib. 

O xatırladıb ki, 2018-ci ilin mayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Norveçin “Equinor” şirkəti arasında “Qarabağ” yatağının işlənməsinə dair risk servis müqaviləsi imzalanıb:

“Bu sazişə əsasən, onlar bir qiymətləndirmə quyusu qazmalı və onun nəticələrinə görə, özlərinin bu yataqda gələcək fəaliyyətini təsdiqləməli idilər.

2019-cu ilin dekabr ayında “Dədə Qorqud” qazma qurğusu vasitəsilə həmin yataqda qiymətləndirmə quyusu qazıldı. 1998-ci ildə iki il ərzində həmin yataqda qazılmış quyulardan alınan nəticəyə nisbətən daha yüksək nəticələr əldə edildi. Yəni o zaman 16 milyon ton neft tapılmasına dair məlumat verilmişdi. İndi isə bu qazma nəticəsində yatağın daha məhsuldar layları aşkar edilib və məhsuldarlıq 60 milyon tona qədər artıb. 60 milyon ton isə 440 milyon barel neft deməkdir”.

Ekspert deyir ki, indiki şəraitdə, yəni 20 ildən artıq bir müddətdə əldə olunan texnologiya və daha səmərəli qazma, işlənmə üsulları nəzərə alınıb:

“Baxmayaraq ki, hazırda neftin qiyməti əvvəlki dövrlərlə müqayisədə kifayət qədər aşağıdır. İmzalanan müqavilənin şərtlərinə uyğun olaraq, SOCAR-ın tərəfdaşı “Equinor” şirkəti bugünkü görüşdə Azərbaycanın “Qarabağ” yatağında fəaliyyətini davam etdirmək niyyətini rəsmən bildirib. 

Görünən budur ki, “Equinor” şirkəti bu yataqda işləmək arzusundadır. Bu da növbəti illərdə Azərbaycanın neft hasilatının stabilləşdirilməsinin sübutudur. SOCAR prezidenti Rövnəq Abdullayevin də qeyd etdiyi kimi, bu, Azərbaycanın müstəqillik illərində ilk açılan neft yatağıdır. Yatağın adının da “Qarabağ” olması ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir”.

O xatırladıb ki, 2015-ci ildə “Equinor” Xəzər regionunda “Şahdəniz” kimi yataqdan çıxıb, başqa yataqlara investisiya yatırmaq qərarına gəlmişdi:

“O zaman neftin bir barelinin qiyməti 50 dollara düşmüşdü. “Equinor” indiki qərarını neftin bir barelinin 20 dollara yaxınlaşdığı zamanda verib. Bu, onu göstərir ki, Xəzərin Azərbaycan hissəsi onun açdığı yataqla bitmir. Orada “Əşrəfi-Dan Ulduzu” və “Aypara” kimi strukturlar da var. “Equinor” Xəzər dənizinin potensialına inanır”.

Qeyd edək ki, martın 19-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Norveçin “Equinor” şirkəti Azərbaycanda 60 milyon ton neft ehtiyatına malik “Qarabağ” yatağının kəşf olunmasını elan ediblər.

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Equinor” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Favad Qurayşi arasında görüş olub. Görüşdə “Qarabağ” yatağının kəşfindən irəli gələn məsələlər müzakirə olunub, yeni istiqamətlərdə, o cümlədən, sənaye təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə “Equinor Apsheron AS” şirkəti əldə olunmuş uğurlu nəticəyə əsasən, “Qarabağ” yatağının işlənməsində öz davamlı iştirakını təsdiq edib.

10 May 2024
Cəmiyyət

Azərbaycanlı tələbələrin hazırladığı PUA-nın ilk uçuşu olub - FOTO

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyasının tələbələrinin birgə hazırladığı müdafiə təyinatlı pilotsuz uçuş aparatının (PUA) ilk uçuşu həyata keçirilib.

10 May 2024
Cəmiyyət

Oğuzda əl qumbaraları və sursat aşkarlanıb

Oğuz rayonunda əl qumbaraları və sursat aşkarlanıb.

10 May 2024
Cəmiyyət

Rezidenturaya qəbulun 2-ci cəhdinə qeydiyyat başlayıb

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı 19 may saat 23:59-dək internet vasitəsilə aparılır.

10 May 2024
Cəmiyyət

Azərbaycan nefti cüzi bahalaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,02 ABŞ dolları, yaxud 0,02 % artaraq 85,23 ABŞ dolları təşkil edib.