Sumqayıt şəhərinə giriş-çıxış bağlanıb? - AÇIQLAMA

Sumqayıt şəhərinə giriş-çıxış bağlanıb? - AÇIQLAMA
30 Mar 2020 16:29

Sumqayıt şəhərinə giriş-çıxışın bağlanması ilə bağlı məlumatlar yayılıb.

realpress.az xəbər verir ki, sosial şəbəkədə bununla bağlı fotolar paylaşılıb.

İddia edilir ki, şəhərin girişində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları avtomobilləri saxlayıb. Bu səbəbdən nəqliyyatın hərəkətində sıxlıq yaranıb.


Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev realpress.az-a açıqlama verib.

O bildirib ki, sosial şəbəkələrdə Sumqayıt şəhərinə avtomobillərin giriş-çıxışının bağlanmasına dair yayılan məlumatlar əsassızdır:

“Nəqliyyat vasitələrinin Sumqayıt şəhərinə giriş-çıxışı ilə bağlı qadağa yoxdur. Bu məlumatlar həqiqəti əks etdirmir. Sadəcə olaraq, şəhərin Yol Polis İdarəsinin əməkdaşları sürücülərlə maarifləndirici söhbətlər edir.

Ölkədə xüsusi karantin rejimi tətbiq edilir. Belə bir vəziyyətdə avtomobil yollarında bu qədər nəqliyyatın olması doğru deyil. Əməkdaşlar bir neçə avtomobili saxlayaraq tövsiyə ediblər ki, zərurət olmadığı halda evdən çıxmasınlar. Müntəzəm olaraq bu istiqamətdə sürücülər və vətəndaşlarla profilaktik söhbətlər aparılır”.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.