YAP Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara və tənhalara xidməti davam etdirir

YAP Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara və tənhalara xidməti davam etdirir
30 Mar 2020 16:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və bütün cəmiyyətimizin dövlətimizin başçısının təşəbbüsünə dəstək verməsi xalqın həmrəyliyinin və dövlətinə inamının ifadəsidir. Prezident İlham Əliyevin çağırışına əsasən, karantin rejimi ilə əlaqədar olaraq martın 27-dən Yeni Azərbaycan Partiyasının könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri ilə birlikdə yaşı 65-i keçmiş tənha və ahıl insanlara yardımlar paylayır, onlara sosial xidmətlər göstərirlər.

YAP-dan bildirilib ki, aksiya çərçivəsində YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri ahılların mənzillərində olur, gündəlik lazım olan ərzaqları və tibbi vasitələri onlara təqdim edirlər.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində yaşı 65-dən yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan YAP-ın fəalları və könüllüləri bu qəbildən olan və tənha yaşayan sakinlərə yardımlar edir, sosial xidmət göstərirlər.


26 Apr 2024
Siyasət

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində iştirak edib.

26 Apr 2024
Siyasət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

26 Apr 2024
Siyasət

Prezident: “Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır”

“Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir”.

26 Apr 2024
Siyasət

Prezident: “Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir”

“Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq”.