İcbari tibbi sığorta haqları ilə bağlı dəyişiklik: Doqquz ay təxirə salındı

İcbari tibbi sığorta haqları ilə bağlı dəyişiklik: Doqquz ay təxirə salındı
30 Mar 2020 12:05

Azərbaycan ərazisində istehsal edilərək, daxili istehlaka yönəldilən (topdan satılan) və ölkəyə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə 2021-ci ilin yanvarın 1-dən icbari tibbi sığorta ödəməyə başlanılacaq.

realpress.az-ın məlumatına görə, Milli Məclisin iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. 

Hazırkı qanuna əsasən, Azərbaycanda  ərazisində istehsal edilərək, daxili istehlaka yönəldilən (topdan satılan) və idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə 2020-ci il aprelin 1-dən icbari tibbi sığorta ödəməyə başlanılacaqdı. Dəyişikliyə əsasən, bu müddət 2021-ci il yanvarın 1-dək uzadılıb.

Azərbaycan ərazisində istehsal edilərək, daxili istehlaka yönəldilən (topdan satılan) və idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə icbari sığorta haqqı 0,02 manat həcmində müəyyən edilib.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. 


26 Apr 2024
Siyasət

Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gedib.

26 Apr 2024
Siyasət

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

26 Apr 2024
Siyasət

İlham Əliyev Füzulidən Berlinə getdi - FOTO/VİDEO

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.

26 Apr 2024
Siyasət

Azərbaycan və Qazaxıstan birgə hərbi təlimlər keçirəcəklər - FOTO/VİDEO

Aprelin 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikasının müdafiə nazirinin birinci müavini - Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.