Karantin qəzaların sayını kəskin azaltdı

Karantin qəzaların sayını kəskin azaltdı
29 Mar 2020 20:45

Koronavirus pandemiyasının Azərbaycanda da artan xətlə yayılması ölkədə son 10 gün ərzində kəskin qərarlar qəbul etməyə səbəb olub. Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonuna bölgələrdən insanların buraxılmaması, sərnişindaşımanın ləğv edilməsi, ictimai yerlərə çıxışın məhdudlaşdırılması və bu istiqamətdə görülən digər tədbirlər ölkədə kriminal duruma da təsir edib.

 son günlər ölkədə cinayətlərin, xüsusilə yol qəzalarının sayı əhəmiyyətli dərəcədə azalıb. Belə ki, martın 23, 24, 25 və 27-də ölkədə yol qəzası baş verməyib.

Martın 17,19,20 və 26-da isə respublika üzrə hər gün cəmi 1 yol qəzası qeydə alınıb. Martın 18-i və 22-də hər gün üçün 2 qəza baş verib.

Bu rəqəmləri 2019-cu ilin statistika ilə müqayisə edəndə də fərq aydın ortaya çıxır.

Ötən il martın 23-də ölkə üzrə baş verən 2 yol qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanmışdı. Martın 24-də isə 3 qəza qeydə alınıb. Bu qəzalarda 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Martın 25-də isə 2 qəza 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Ötən il martın 20-də baş verən 2 qəzada 1 nəfər ölüb, 8 nəfər yaralanıb. 17-27 mart tarixlərində bu il ümumilikdə yol qəzalarında 6 nəfər yaralanıb, ötən il isə eyni dövrdə 25 nəfər xəsarət alıb.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.